Cavid Qurbanov Avstriya Parlamentinin üzvü ilə görüşüb

Avstriyada səfərdə olan Milli Məclisin üzvü, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov Vyanada Avstriya Parlamentinin (Milli Şura) üzvü, Avstriya-Azərbaycan ikitərəfli parlament qrupunun sədri Barbara Krenn ilə (Avstriya Xalq Partiyası) görüşüb. “OLAYLAR” xəbər verir ki, Milli Şuraya keçirilmiş son seçkilərdən sonra parlament qrupunun rəhbəri vəzifəsini üzərinə götürdüyünə görə məmnun olduğunu bildirən B. Krenn iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə vermək imkanı əldə etdiyinə görə qürur hissi duyduğunu ifadə edib. Siyasi fəaliyyətindən öncə Avstriyanın turizm bölgələrindən birində mer vəzifəsində çalışdığını qeyd edən B. Krenn bu fəaliyyəti zamanı xarici əlaqələrə xüsusi diqqət yetirdiyini və bu təcrübəsinə əsaslanaraq yeni vəzifəsində də parlamentlərarası əlaqələrə prioritet verəcəyini vurğulayıb.

Avstriyada səfərdə olan Milli Məclisin üzvü, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov Vyanada Avstriya Parlamentinin (Milli Şura) üzvü, Avstriya-Azərbaycan ikitərəfli parlament qrupunun sədri Barbara Krenn ilə (Avstriya Xalq Partiyası) görüşüb. "OLAYLAR" xəbər verir ki, Milli Şuraya keçirilmiş son seçkilərdən sonra parlament qrupunun rəhbəri vəzifəsini üzərinə götürdüyünə görə məmnun olduğunu bildirən B. Krenn iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə vermək imkanı əldə etdiyinə görə qürur hissi duyduğunu ifadə edib. Siyasi fəaliyyətindən öncə Avstriyanın turizm bölgələrindən birində mer vəzifəsində çalışdığını qeyd edən B. Krenn bu fəaliyyəti zamanı xarici əlaqələrə xüsusi diqqət yetirdiyini və bu təcrübəsinə əsaslanaraq yeni vəzifəsində də parlamentlərarası əlaqələrə prioritet verəcəyini vurğulayıb.

Əməkdaşlığın daha da möhkəmlənməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayan Cavid Qurbanov işçi qrupun iki ölkə arasında əlaqələrin inkişafına yeni inkişaf tempi gətirəcəyinə ümidvar olduğunu qeyd edib. O, Azərbaycanla bağlı həqiqətlərə, dövlətçiliyimizin tarixinə nəzər salaraq, ölkəmizdəki dinamik inkişafın müxtəlif aspektləri, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iri infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlıq perspektivləri və imkanlarından danışıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbətine məlumat verən C. Qurbanov münaqişənin sülh və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməli olduğunu qeyd edib. 

Avstriyalı həmkarının rəhbərliyi ilə parlament qrupunun yaxın gələcəkdə Azərbaycana səfərə dəvət edən C. Qurbanov eyni zamanda "EXPO-2025" ümumdünya sərgisinə ev sahibliyi ilə bağlı Bakı şəhərinin namizədliyinin dəstəklənməsinə mümkün töhfə verilməsi barədə müraciət məktubunu həmsöhbətinə təqdim edib. Görüşdə həmçinin parlamentlərarası əlaqələrin dərinləşdirilməsi imkanları müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31