Gündəm
Orduxan Teymurxan ermənilərə qahmar çıxdı: “Onlar vandal deyillər” - FAKT
Avropada “siyasi mühacir” adı altında dövlətçilik və milli maraqlarımıza qarşı fəaliyyət göstərən blogger Orduxan Teymurxan (Bəbirov) növbəti dəfə onu pulla satın almış erməni lobbisinə qahmar çıxıb. Belə ki, digər xəyanətkar “məsləkdaşları” ilə birgə toplantı keçirən və “şərəfsiz” sözünü özünə təhqir hesab etmədiyini deyən və tez-tez “demokratik dəyərlərdən”, “ədalətdən” dəm vuran O.Teymurxan bu dəfə daha izafi xəyanətkarlığa yol verərək, iddia edib ki, tarixi Qərbi Azərbaycan torpaqlarında və işğal edilmiş Dağlıq Qarabağ ərazilərində ermənilər tərəfindən dağıdılan azərbaycanlı məzarlıqları heç də onların vandallıqları sayəsində məhv olmayıb və s. Onun ucuz təfəkkürünə görə, guya ermənilərin otlaq sahəsinə çevrilmiş həmin məzarlıqları donuzlar, keçilər və mal-qaraları dağıdıb (?!-R.N.)
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Ağdamda uğurla icra edilir
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində olduğu kimi Ağdam rayonunda da uğurla icra edilib. Proqramların icra edildiyi 14 il ərzində Ağdamda yeni infrastruktur qurulub, geniş miqyasda quruculuq-abadlıq işləri həyata keçirilib.
Sadıqovdan sensasiyalı açıqlama: Dino deyibmiş ki...
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun qış transfer pəncərəsi zamanı Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” komandasına satmasınının səbəbləri ilə əlaqədar sensasiyalı faktlar açıqlayıb.
Ailəsini axtaran gənc həyatının şokunu yaşadı - Atası öz dayısı çıxdı - VİDEO
Esra Erolun dünən yayımlanan proqramında şok bir həqiqətin üstü açılıb. Ailəsini axtarmaq üçün verilişə qatılan Hasancan adlı gənc atasının öz dayısı olduğunu və bu şəxsin illər öncə anasına təcavüz etdiyini öyrənib.
Müğənniyə əli silahlı hücum edildi
Türkiyəli məşhur müğənni Volkan Konağa silahlı hücum edilib. İstanbulda məkanların birində gecə konsert verən sənətçi “Sən Vətən xainisən” deyən birinin hücumuna məruz qalıb.
Bakıda qızılgülün 1 ədədi 200 manata satılır - VİDEO
Bakıda qızılgülün 1 ədədi fantastik qiymətə satılır. Xüsusi qaydada hazırlanan güllər ölkəmizə Fransadan gətirilir. Rəngləri isə həm eyni , həm də qarışıq olur. Qarışıq rəngli güllər xüsusi sifariş əsasında hazırlanır.
Rusiya Suriyada 200 yeni silahını sınaqdan keçirdi
Rusiya Suriyada 200-dən çox yeni silahını sınaqdan keçirib. Rusiya Duması Müdafiə Komitəsinin sədri, deputat Vladimir Şamanov Rusiyanın bununla bütün dünyaya öz hərbi sənaye kompleksinin effektivliyini nümayiş etdirdiyini bildirib.
Lotu Qulinin qətli sifariş edildi - Rusiya KİV
Ötən il dekabrın 22-də İstanbulda güllələnən David Alxanaşvilinin (kriminal aləmdə Dato Pankisski kimi tanınırdı) qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.
Pərvinin partiyə geyindiyi dərin yarıqlı qara donu: rəfiqəsini elə qucaqladı ki...
Aktrisa Pərvin Abıyevanın geyimi müzakirə olunub. Aktrisa "Instagram"da dərin yarıqlı qara geyimdə fotosunu paylaşıb. O, bu fotonu rəfiqəsinin doğum günündə çəkdirdiyini qeyd edib.
Rusiya Marsa “parovoz”la insan göndərməyi düşünür
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitunun əməkdaşı Anatoli Petrukoviç Marsa “parovoz” vasitəsilə insan göndərməyi təklif edib. Məlumata görə, alim bu cür əməliyyatın texniki cəhətdən mümkün olduğunu bildirib.
Əməliyyata gedən qadın qəfil qərarını dəyişib: evə girəndə gördüyündən ŞOK OLUB - VİDEO
Günlər öncə yoxa çıxan Musayev Tərlan axtarılır. Bu barədə Xoşqədəm verilişində məlumat verib. Aparıcının həmin şəxsin evdən yoxa çıxdığı ilə bağlı dediyi bir hadisə isə tamaşaçıları xeyli təəccübləndirib.
PSJ-nin rekord transfer PLANI
PSJ daha bir rekord transferə imza atmağa hazırlaşır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərə görə, Paris klubu "Milan"ın qapıçısı Canluici Donnarummanı heyətə cəlb etmək istəyir. Bütün işlər yolunda getsə, 18 yaşlı Donnarumma yayda PSJ-yə keçəcək.
Prokuror MTN generallarının rütbələrinin alınmasını, DTX-ya dəyən 1 milyon manat ziyanın ödənməsini istəyib
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə bu gün keçirilmiş məhkəmə prosesində prokuror sabiq MTN generallarının rütbələrindən məhrum edilməsi ilə bağlı ölkə başçısına təqdimat verilməsini istəyib.
Çində Yeni il şənlikləri 51 nəfəri "yandırdı"
Çində Ay təqvimi ilə yeni ilin qarşılanması mərasimlərində baş vermiş yanğınlar zamanı ümumilikdə 51 nəfər həlak olub. Məlumata görə, ölüm halları fevralın 15-dən 22-dək qeydə alınıb.
Ədalət Şükürovun qızı biznesə başladı
Əməkdar artist Ədalət Şükürovun qızı Jalə geyim mağazası açıb. "Jael” adlanan butik şəhərin mərkəzində yerləşir. Şükürov özü də tez-tez qızının mağazasını "Instagram" səhifəsində reklam edir.














