Müğənniyə əli silahlı hücum edildi

Türkiyəli məşhur müğənni Volkan Konağa silahlı hücum edilib. İstanbulda məkanların birində gecə konsert verən sənətçi “Sən Vətən xainisən” deyən birinin hücumuna məruz qalıb.

Türkiyəli məşhur müğənni Volkan Konağa silahlı hücum edilib. İstanbulda məkanların birində gecə konsert verən sənətçi "Sən Vətən xainisən" deyən birinin hücumuna məruz qalıb.

Bu hücumdan sənətçi özünü itirsə də, heç bir xəsarət almayıb. Dərhal hücum edən şəxsi məkanın mühafizəçiləri zərərsizləşdirib. Sənətçiyə hücum edən şəxsin əlində silah olub. Silahdan çıxan güllələr tavana dəyib. Volkan Konak həmin adamın içkili olduğunu və məsələnin ona heç bir aidiyyatı olmadığını söyləyib. Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31