Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Ağdamda uğurla icra edilir

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində olduğu kimi Ağdam rayonunda da uğurla icra edilib. Proqramların icra edildiyi 14 il ərzində Ağdamda yeni infrastruktur qurulub, geniş miqyasda quruculuq-abadlıq işləri həyata keçirilib.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində olduğu kimi Ağdam rayonunda da uğurla icra edilib. Proqramların icra edildiyi 14 il ərzində Ağdamda yeni infrastruktur qurulub, geniş miqyasda quruculuq-abadlıq işləri həyata keçirilib. Rayon İcra Hakimiyyətindən bildirilib ki, Dövlət Proqramları çərçivəsində rayon ərazisində tikinti-quruculuq işləri həyata keçirilib. Belə ki, 29 min nəfər əhalini əhatə edən 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən, uzunluğu 25,3 km olan Quzanlı- İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisinə başlanılıb. "Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında"  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 dekabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, yararsız ictimai binalarda məskunlaşmış məcburi köçkünlər üçün 20 fərdi yaşayış evinin, o cümlədən Əfətli kəndində 1 ədəd 2 otaqlı,  Qaradağlı kəndi ərazisində 2 ədəd 3 otaqlı, 1 ədəd 2 otaqlı, Çəmənli kəndində 1 ədəd 4 otaqlı, Mirəşəlli kəndində 1 ədəd 3 otqalı, Xındırıstan kəndində 5 ədəd 3 otaqlı, Quzanlı qəsəbəsində 9 ədəd 3 otaqlı yaşayış evlərinin tikintisi başa çatıb, məcburi köçkünlər həmin evlərə köçürülüb.
Quzanlı qəsəbəsində  Boks və Taekvando məktəblərinin  Polis şöbəsinin,  Prokurorluğun, Ağdam Elekrik Şəbəkəsinin, Əmlak Komitəsinin yerli şöbəsinin, Ağdam rayon Məhkəməsinin yeni inzibati binalarının tikintisi üçün torpaq sahələri  ayrılıb, layihələndirmə işləri aparılır.  
"Cəbhəboyu zonada yerləşən yaşayış kəndlərində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları"nın  təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 16 may tarixli 1393 saylı Fərmanının icrasını təmin etmək məqsədi ilə  Ağdam rayonunun cəbhəboyu kəndlərində 17 ədəd Polis məntəqəsi tikilib istifadəyə verilib. 170 məcburi köçkünün evində təmir işləri aparılıb.

Ağdam rayonu Quzanlı qəsəbəsi Akademik Xudu Məmmədov  adına küçədə genişləndirmə işləri aparılmış, yol örtüyünün əsası hazırlanaraq asfaltbeton örtüyü salınıb.  Yolların təmiri və saxlanılması üçün 2017-ci il  ərzində  855.5 min manatlıq iş görülmüş, kəndarası və qəsəbədaxili yollarda cari təmir işləri aparılıb, yollarda cari təmir işləri 570.3 min manat  və rüblər üzrə 285.2 min manat təşkil edib.

Əhalinin həyat şəraitinin  yaxşılaşdırılması, faziləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər görülüb.  Ağdam Elektrik Şəbəkəsinin xidməti ərazisində 3 ədəd 110/35/10 kv-luq ümumi gücü (137MVA), 11 ədəd 35/10 kv-luq ümumi gücü (113.4MVA), 1 ədəd 35/6 kv-luq ümumi gücü (3.2MVA) y/st-lar və 1535 ədəd 10/0.4 kv-luq transformator            y/st-ları ümumi gücü (179.4MVA) olmaqla fəaliyyət göstərir. Bundan əlavə rayonun Əfətli kəndi ərazisində 2016-cı ildə tikintisinə başlanıb, 2017-ci ilin əvvəlində "Azərişıq" ASC tərəfindən 1 ədəd yeni müasir tipli 35/10 kv-luq yarımstansiya inşa edilib, 9 ədəd aralıq və 3 ədəd anker dayaqdan ibarət 35 kv-luq (ümumi uzunluğu 1.32 km olan), hava elektrik verilişi xətti çəkilib, 124 ədəd PSQ-70 tipli izolyatorlardan,         9 ədəd traversdən 4000 metr AS-70 markalı naqildən istifadə edilib. 2017-ci ildə şəbəkə tərəfindən ayrı-ayrı 10 kv-luq hava xətlərində 50 ədəd 10 kv d/b,11 ədəd            dəmir-dayaq əkilib, 3150 metr AS-50, 2600 metr AS-35 markalı naqil çəkilib, 190 ədəd ŞF-10 tipli izolyatordan və 55 ədəd  10 kv-luq traversdən istifadə olunub. İmamqulubəyli, Eyvazlı, Daş evlər qəsəbə, Ergi, Çadır qəsəbə ərazisi, Əsəd bəyin bağı deyilən ərazi, Mirəşelli, Kolqışlaq, Xındırıstan və Çəmənli kəndləri ərazilərindəki müxtəlif güclü TM-lərin 0.4 kv-luq tərəfində 504 ədəd 0.4 kv d/b, 1105 ədəd dəmir dayaq basdırılıb, 98 ədəd 0.4 kv traversdən, 4500 metr AS-35 markalı naqildən və müxtəlif ölçülü (4x50,4x35, 4x25,4x16,2x10) 86148 metr SİP Kabeldən istifadə olunub..Belə ki, uçotun düzgün aparılması məqsədi ilə  3495 ədəd sayğac quraşdırılıb, bunlardan 2075 ədədi Mexaniki və istismar müddətini başa vurmuş (zədəli və qüsurlu) sayğacların əvəzinə, qalan 1420 ədədi isə əvvəlcədən ödəniş sistemli Smart Kart tipli sayğaclar olub ki, bu da  İmamqulubəyli, Daş evlər qəsəbə, Çadır qəsəbə ərazisi, Əsəd bəyin bağı deyilən ərazi, Mirəşelli, Kolqışlaq və Çəmənli kəndlərində əhalinin istifadəsinə verilib. Bütün bunlarla yanaşı görülmüş işlər texniki itkilərin azaldılmasının 7 %-ni təşkil edir. Satış sahəsində 2017-ci ildə  246535600 kvt/s elektrik enerjisi alınıb ki, bunun da texniki itkisi çıxılandan sonra faydalı enerjisi 216301000 kvt/s olub ki, bu da 18031200 manat dəyərindədir.

Əhalinin təbii qazla fasiləsiz təmin edilməsi üçün tədbirlər  davam etdirilib. r.   Tərtər RQİİ-nin Ağdam XS 2017 -ci ldə  22 965 988m3 təbii qaz qəbul edib.
Bundan 21 625 608 m3 əhali sektoruna, 1 044 407 m3 isə sənaye sektoruna  satılıb. 2017-ci il ərzində 148 ədəd qaz sayğacı əvəzlənib.

Dövlət Proqramları çərçivəsində əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün bir sıra tədbirlər hazırlanıb həyata keçirilib. Belə ki,  Çəmənli kəndində 8 ədəd bulaq, 20 tonluq su çəni, bir ədəd nasosxana və 2600 metr, Quzanlı 100 evlər qəsəbəsində Polietilen d-110  1680m, d- 50  70m,d- 25 1450m su xətti çəkilib.   Əhaliyə göstərilən xidmətlərin, o cümlədən rabitə xidmətlərinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması, müasir texnologiyanın tətbiqi üçün tədbirlər davam etdirilib.

Eləcə də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət   Proqramı"nda Ağdam rayonu üzrə icrası  nəzərdə tutulan 14 tədbirdən 12-i  icra olunur, Dövlət Proqramının icrası olaraq rayonda 2017-ci ilin 12 ayı  ərzində 5228 yeni iş yeri açılıb ki, ondan 1371 daimi, 3857-i mövsümüdür.
2017- ci ildə ümumi məhsul istehsalının həcmi 131 milyon 129 min manat olub, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 24 milyon 829 min manat və ya 23.4 faiz artmış, sənaye məhsulunun ümumi həcmi 12 milyon 510 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 99 milyon 941 min manat, ticarətin dövriyyəsi    13 milyon 287 min manat, informasiya və rabitə xidməti 344 min manat, nəqliyyat və anbar təsərrüfatı 1 milyon 301 min manat olub, 2017-ci il ərzində tikinti quraşdırma işlərinin həcmi 3 milyon 746 min manat təşkil edib.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və həmin Proqrama Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli Sərəncamları ilə təsdiq edilmiş Əlavələrin icrası ilə əlaqədar Ağdam rayonu üzrə icrası nəzərdə tutulmuş 32 tədbirdən  18-i  icra edilib, icra müddətinə əməl olunmaqla 5-i icra olunur.

Rayonda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir. Əhalinin maddi rifah halının yaxşılaşdırılması, məhsul bolluğu yaratmaq üçün sahibkarlara əlverişli şərait yaradılıb. Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 83 faiz, dövlət sektorunda isə 17 faiz təşkil edir. 
2017-ci il ərzində İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək  Milli Fondu tərəfindən  heyvandarlığın  inkişaf  etdirilməsi üçün 20 layihə həyata keçirilmiş, 22 yeni iş yeri yaradılıb, sahibkarlara 628,0 min manat güzəştli kredit verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi   21802  nəfərə pensiya və müavinət alan vətəndaşa xidmət göstərir. Onlardan 8473 nəfər yaşa görə, 5948 nəfər əlilliyə görə, 631 nəfər ailə başcısını itirməyə görə əmək  pensiya,  6750 nəfər müavinət alır. Orta aylıq pensiya məbləği 175 manat olmaqla aylıq pensiya təlabatı 2,6 milyon manatdır.
2017-ci ildə 418 nəfər şəhid ailəsinə və 477 nəfər müharibə əlilinə Prezident təqaüdü, 1544 nəfər müharibə iştirakçısı  olduğuna görə müavinət, Böyük Vətən Müharibəsinin 72-ci ildönümü münasibətilə 132 nəfərə və 231 nəfər yeni doğulmuş uşaqlara isə birdəfəlik müavinət verilib. Rayon üzrə ünvanlı sosial yardım alan ailələrin sayı 1097 nəfər təşkil edir.
2017-ci ildə rayon Məşğulluq  Мərkəzinə 1608 nəfər işaxtaran vətəndaş müraciət edub, ondan 1521 nəfər qeydiyyata götürülüb. Müraciət edən vətəndaşlardan  238 nəfəri müxtəlif idarə və müəssisələrdə daimi işlə təmin olunub, 121  nəfər vətəndaşa isə işsizlik statusu verilərək müavinət təyin edilib. 25 sentyabr 2017-ci il tarixdə aktiv məşğulluq tədbiri olan  "Əmək Yarmarkası" keçirilib,   idarə və müəssisələrdən 624 boş vakant iş yerləri daxil olub, 63 nəfər işlə təmin edilib.

Dövlət Proqramı çərçivəsində rayonda təhsil sahəsində də kifayət qədər işlər görülüb, yeni məktəb binaları tikilib istifadəyə verilib. Belə ki, 2016-2017-ci tədris ilində rayon Təhsil şöbəsi 135 ümumtəhsil məktəbi, o cümlədən 1 ibtidai, 17 ümumi orta, 117 tam orta məktəbi, 5 məktəbdənkənar tərbiyə müəssisəsi ilə fəaliyyətə başlayıb. Təhsil şöbəsi, onun tabeçiliyində olan təlim-tərbiyə müəssisələri hər il  olduğu kimi, 2017-ci il də  təhsil sahəsində qarşıda duran vəzifələri  layiqincə yerinə yetirməyə çalışıb.
2017-cı ildə  qarşıda duran vacib məsələlərdən biri təlim-tərbiyə müəssisələrinin qış mövsümündə  istiliklə  təmin  edilməsi  olub. Aparılan məqsədyönlü işlərin  nəticəsində cari  qış mövsümündə  rayonun Alıbəyli, Qaradağlı, Çəmənli, Əhmədağalı, Əfətli, Həsənxanlı, Hacıməmmədli  kənd tam orta məktəblərin  mərkəzi  istilik  sistemləri qaz yanacağı  ilə  təmin  edilib, digər müəssisələr  üçün yanacaq  alınıb vaxtında müəssisələrə çatdırılıb.
2017-ci ilin yanvar-mart ayları ərzində, rayonun bütün ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə  inşa müsabiqəsi keçirilmiş, nəticələri  yoxlanaraq yekunlaşdırılmış, təqdimat hazırlanmış və  Təhsil Nazirliyinə   göndərilib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31