Keçmiş baş nazir İrakli Qaribaşvili həbsxanadan hakimiyyəti kəskin tənqid edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili Rustavi həbsxanasından növbəti məktubunu yayaraq, hakimiyyətin davranışlarını "maskarad" və acınacaqlı siyasi təqib adlandırıb. O bildirib ki, sistem şəffaf izahatlar vermək əvəzinə, onu "Milli Hərəkat" partiyası, "dərin dövlət" və Fransa agenti kimi təqdim etməyə çalışaraq gülünc təbliğat aparır. 

Su və yağın qarışmadığı kimi, özünün də bu müxalifətlə heç bir əlaqəsinin ola bilməyəcəyini vurğulayan Qaribaşvili, yalnız Gürcüstana xidmət etdiyini qeyd edib. Şalva Papuaşviliyə müraciət edən keçmiş baş nazir baş verənlərin hüquqi proses deyil, amansız siyasi təqib olduğunu və arxadan vurulan zərbədən sonra özünü və ailəsini müdafiə etməyə məcbur qaldığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31