Paytaxtda motosiklet qaçıran və oğurluq edənlər saxlanılıblar
19:18 HadisəPaytaxtda motosiklet qaçıran və oğurluq edənlər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonunda bir nəfərə məxsus "Tufan" markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2 yeniyetmə motosikletlə birgə saxlanılıblar.
Yasamal rayonunda isə evlərin birindən dəyəri 1000 manat olan noutbuk və 2 ədəd qol saatı oğurlayan 27 yaşlı E.Məlikzadə də polis tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31