Çində Yeni il şənlikləri 51 nəfəri "yandırdı"
Çində Ay təqvimi ilə yeni ilin qarşılanması mərasimlərində baş vermiş yanğınlar zamanı ümumilikdə 51 nəfər həlak olub. Məlumata görə, ölüm halları fevralın 15-dən 22-dək qeydə alınıb.
22 Fevral 2018 16:51 DünyaÇində Ay təqvimi ilə yeni ilin qarşılanması mərasimlərində baş vermiş yanğınlar zamanı ümumilikdə 51 nəfər həlak olub. Məlumata görə, ölüm halları fevralın 15-dən 22-dək qeydə alınıb.
Qeyd olunur ki, bu müddət ərzində ölkə ərazisində 12 mindən çox yanğın baş verib. Məlumata görə, hadisələr nəticəsində iqtisadiyyata 9 milyon dollara yaxın ziyan dəyib. Xatırladaq ki, Çində yeni il fevralın 15-dən 16-a keçən gecə qarşılanıb. Yeni il tətili fevralın 22-dək davam edib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31