“Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı kimi” mövzusunda “İnteraktiv açıq dərs” keçirilib
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərsdə əsrlərdən bəri yaşadılan və yüksək dövlət qayğısı ilə əhatə olunan islami dəyərlər, İslam mədəniyyəti abidələrinin qorunub saxlanması, bərpası və təbliği sahəsində aparılan işlər haqqında şagirdlərə ətraflı məlumat verilib.
22 Fevral 2018 15:50 SosialAMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərsdə əsrlərdən bəri yaşadılan və yüksək dövlət qayğısı ilə əhatə olunan islami dəyərlər, İslam mədəniyyəti abidələrinin qorunub saxlanması, bərpası və təbliği sahəsində aparılan işlər haqqında şagirdlərə ətraflı məlumat verilib.
Dərsdə vurğulanıb ki, Naxçıvan şəhərində, bütövlükdə muxtar respublikada iyirmi ildən bəri aparılan məqsədyönlü siyasət, xüsusilə geniş miqyaslı abadlıq və quruculuq işləri, milli və dini dəyərlərə hörmət və ehtiram, yüksək dövlət qayğısı ilə onların qorunması, inkişaf etdirilməsi, Azərbaycan, eyni zamanda İslam mədəniyyətinə mənsub abidələrin bərpası, qorunub saxlanması, bu işlərin yüksək səviyyədə təbliği, beynəlxalq ictimaiyyətə çatdırılması xüsusi rol oynayıb. 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi Naxçıvan şəhərinin islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə əlaqədardır.
Açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.