"Xocalı şahidləri danışır" kitabının təqdimat mərasimi keçirilib

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan" qəzetinin nəşr etdiyi "Xocalı şahidləri danışır" kitabının təqdimat mərasimi keçirilib. Məlumat üçün qeyd edək ki, ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov olan kitabın redaktoru Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur. Buraxılışa məsul Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevdir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub. Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbə olan kitab həmin faciəyə şahidlik etmiş xocalılıların acı xatirələrindən ibarət materialların toplusudur.

"Xocalı şahidləri danışır" kitabı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun "Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" adlı məqaləsi ilə başlayır. Məqalədə XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı cinayətlərindən, ölkəmizə qarşı ərazi iddialarından bəhs olunur. Haqlı olaraq qeyd edilir ki, Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi cinayətlər qədər dəhşətli soyqırımıdır. Məqalədə Əli Həsənov yazır ki, hazırda Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qeyd edək ki, "Xocalı şahidləri danışır" kitabı Xocalı soyqırımının araşdırılması və nəticələrinin dünyaya tanıdılması prosesində dəyərli əyani vəsaitdir.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov deyib ki, kitabda Xocalı soyqırımı şahidlərinin xatirələrindən məqamlar yer alıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov qeyd eidb ki, 1805-ci ildə Dağlıq Qarabağ əhalisi 10 min 100 nəfər olub, onlardan 10 mini azərbaycanlı, 100-ü isə erməni olub: "1988-ci ildə Dağlıq Qarabağda əhali 189 min nəfər olub. Bunun 145 min nəfəri erməni, 40 min nəfəri azərbaycanlı, 3 min nəfəri digər millətlər olub. Böyük imperiyanın düşünülmüş siyasəti nəticəsində ermənilər İrandan Qarabağa və İrəvana gətirildi. Bizim faciələrimiz də o zamandan başladı. Planlarını həyata keçirmək üçün yüzlərlə terror, kütləvi qətl həyata keçirildi. 1992-ci ildə 366-cı motoatıcı alayın zirehli texnikasının köməyi ilə Xocalı mühasirəyə alındı, soyqırım törədildi. Ermənilər deyirlər ki, bu, təsadüfi soyqırımdır. Ancaq bu, planlı fəaliyyət idi, Xocalını tamamilə yer üzündən silmək məqsədi güdmüşdü. Bu vəhşilik XX əsrin sonunda, bəşəriyyətin gözü qarşısında baş verib. Bəşəriyyət bunun qarşısında susub. Bu, bəşəriyyət üçün qara ləkədir".  Sədr müavini münaqişədə 20 min şəhidimiz, 50 min yaralımız olduğunu, işğal nəticəsində 816 milyard dollardan çox zərər dəydiyini qeyd edib: "Biz bir əsrdə 4 dəfə ərazi iddiası, soyqırımlarla üzləşmişik. Ancaq təəssüf ki, unutqan millətik. Ona görə də belə kitabların nəşr olunması vacibdir".

Milli Məclisin Sədr müavini deyib ki, təqdimatı keçirilən kitab vaxt gələcək ermənilərə qarşı ittiham zamanı istifadə ediləcək, onların çirkin əməllərini üzə çıxaracaq. Bahar Muradova bu gün Azərbaycan həqiqətlərinin, xüsusilə Xocalı soyqırımı ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışıb: ""Bu kitab Azərbaycanın haqq-ədalət uğrunda mübarizə aparmaq imkanını genişləndirir".

Millət vəkili Rafael Hüseynov kitabda toplanan materialların önəmindən danışıb. O deyib ki, Xocalı soyqırımını törədənlər gec-tez mütləq öz layiqli cəzalarını alacaqlar. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov Xocalı soyqırımının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. O qeyd edib ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür və hər birimiz bu işlərdə yaxından iştirak etməliyik.

Daha sonra Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov,  Xocalı sakini Dürdanə Quliyeva çıxış ediblər.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31