Erməni saxtakarlığının ifşasına dair yeni kitabı işıq üzü görüb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri – Nazim Mustafanın, Araz Qurbanovun və Elşad Əlilinin müəllifləri olduqları «Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix» kitabı çapdan çıxıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri - Nazim Mustafanın, Araz Qurbanovun və Elşad Əlilinin müəllifləri olduqları "Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix" kitabı çapdan çıxıb. "OLAYLAR" SAM-a istinadən xəbər verir ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabın elmi məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylidir.  Kitab Ermənistan tarixşünaslığı və etnoqrafiyası tərəfindən region xalqlarına aid tarixi gerçəkliklərin total şəkildə təhrif olunmasına, onların maddi-mədəni irs nümunələrinin mənimsənilməsi səylərinə və bu fəaliyyət arxasında gizlənən etnosiyasi məqsədlərin ifşasına həsr edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31