Vergilər naziri Efiopiya səfiri ilə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehlə görüşüb.

Vergilər naziri Mikayıl Cabbarov Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehlə görüşüb. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və genişləndirilməsi perspektivləri, eləcə də ticarət dövriyyəsinin artırılması yolları ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı Vergilər Nazirliyi ilə Efiopiyanın vergi orqanı arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31