Azərbaycan-Avstriya əlaqələri inkişaf edir

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, görüşdə Andreas Rayxhardt uzun illərdən bəri Azərbaycanın dostu olduğunu və dəfələrlə ölkəmizə səfər etdiyini vurğulayıb. Avstriya ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsinə çalışdığını deyib. Təmsil etdiyi nazirliyin ölkə üzrə bütün infrastruktur məsələlərində səlahiyyətli olduğunu bildirib. İkitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından dost və tərəfdaş Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a verilən məlumata görə, görüşdə Andreas Rayxhardt uzun illərdən bəri Azərbaycanın dostu olduğunu və dəfələrlə ölkəmizə səfər etdiyini vurğulayıb. Avstriya ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsinə çalışdığını deyib. Təmsil etdiyi nazirliyin ölkə üzrə bütün infrastruktur məsələlərində səlahiyyətli olduğunu bildirib. İkitərəfli iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından dost və tərəfdaş Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
İnfrastruktur layihələrinin vacibliyini vurğulayan Valeh Ələsgərov qeyri-neft sektorunda əməkdaşlığın perspektivlərinə toxunub, Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirak edə biləcəyini söyləyib. Parlamentdə birinci oxunuşda qəbul edilmiş "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi barədə məlumat verib. Bildirib ki, ölkəmizdə yaradılacaq azad iqtisadi zonalarda heç bir vergi tətbiq edilməyəcək, gömrük rüsumu yığılmayacaq. Adı çəkilən qanun üçüncü oxunuşda qəbul edildikdən sonra digər qanunvericilik aktları da bu qanuna uyğunlaşdırılacaq. Qonaq bildirib ki, azad iqtisadi zonada müştərək müəssisələrin yaradılması maraq doğuran məsələdir. Səfər çərçivəsində Avstriya nümayəndə heyəti Ələtə də gedəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31