Komitə sədri Füzuli rayonunda qəbul keçirəcək

27 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Füzuli rayonunda saat 10:15-də Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

27 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Füzuli rayonunda saat 10:15-də Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Komitədən "Olaylar"a verilən məlumata görə, qəbulda Ağcabədi, Laçın, Beyləqan, Xocavənd, Tərtər, Bərdə, Ağdam, Füzuli rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.Görüş çərçivəsində Füzuli rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31