Azərbaycan Qlobal Sağlıq Turizmi Forumunda

Birləşmiş Ərəb Əmirliklərinin Dubai şəhərində Dubai Əmirliyinin himayəsi ilə "Global Healthcare Travel Forum"-un (Qlobal Sağlıq Turizmi Forumu)növbəti zirvəsi keçirilib. “OLAYLAR” xəbər verir ki, forumda 50-dın artıq ölkədən 1000-dən artıq nümayəndə iştirak edib. Azərbaycanı bu zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) baş koordinatoru Mirağa Seyidov təmsil edib. Məlumat üçün qeyd edək ki, Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur.

Birləşmiş Ərəb Əmirliklərinin Dubai şəhərində Dubai Əmirliyinin himayəsi ilə "Global Healthcare Travel Forum"-un (Qlobal Sağlıq Turizmi Forumu)növbəti zirvəsi keçirilib. "OLAYLAR" xəbər verir ki, forumda 50-dın artıq ölkədən 1000-dən artıq nümayəndə iştirak edib. Azərbaycanı bu zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) baş koordinatoru Mirağa Seyidov təmsil edib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur. 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Təşkilatın ilk prezidenti Türkiyə Sağlıq Turizmi Konseyi başkanı Emin Çakmak olub. O, hazırda qurumun fəxri prezidentidir. Təşkilatın indiki prezidenti Birləşmiş Ərəb Əmirliklərini təmsil edən "Medical Tourism Council"in sədri xanım Leyla Marzouqidir

Zirvə toplantısının açılış mərasimində BƏƏ şəhzadəsi Sheikh Hamdan bin Mohammed bin Rashid Al Maktoum və digər mötəbər hökümət nümayəndələri iştirak edib. Açılışdan sonra forum iki gün boyunca stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib. "Global Healthcare Travel Concil" stendində təmsil olunan AHTTSA sistemli şəkildə öz həmkarlarına Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaalti, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verib, qonaqlara turizm potensialını əks etdirən cap və elektron reklam-təbliğat materialları paylanıb. Müzakirə olunan aktual mövzular içərisində sağlamlıq turizminə qlobal baxış, qlobal sağlamlıq turizmi destinasiyaları, leqallaşma, tənzimləmə və akreditasiya, təhsil və tədqiqat, sağlamlıq turizmində ölkələrarası əməkdaşlıq, brendinq və marketinq strategiyaları, tibbi turizm olub.

Xatırladaq ki, , Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosasiyasının prezidenti Ruslan Quliyev bu təşkilatda vitse-prezident postunda təmsil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31