Goranboy suvarma idarəsində dava - Xəstəxanadan açıqlama

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində insident baş verib. İdarənin işçilərindən biri bildirib ki, hadisə dünən işdən sonra olub. İdarədə iş icraçısı olan Sadiq Allahverdiyevlə rəis Gündüz Bağırovun arasında mübahisə düşüb. Nəticədə iş icraçısı xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi Gündüz Bağırovla əlaqə saxladıq. Köməkçisi rəisin Goranboy Rayon İcra Hakimiyyətinə çağrıldığını bildirdi.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparat rəhbəri Cahan Məmmədov saytımıza açıqlamasında məsələnin yalan olduğunu dedi: "Elə bir hadisə olmayıb. Yayılan məlumat yalandır". Rayon Mərkəzi Xəstəxanasında isə fakt təsdiqləndi və bildirildi ki, Sadiq Allahverdiyev xəstəxanaya müraciət edib: "Xəsarət alması ilə bağlı şikayəti vardı. Onda xəsarət patologiyası aşkar edilmədi. Qeydiyyata götürdük. Bu gün yenidən müayinə üçün gələcəkdi, amma hələ gəlməyib". Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31