Türkiyədə terrorçuluğun maliyyələşdirilməsinə qarşı əməliyyat keçirildi
11:18 DünyaTürkiyənin İstanbul şəhərində Terrorla Mübarizə Şöbəsi terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı araşdırma çərçivəsində əməliyyat keçirib.
"Haber7"nin məlumatına görə, Maliyyə Cinayətləri Araşdırma Şurasının (MASAK) təqdim etdiyi hesabat əsasında aparılan araşdırma zamanı döyüş bölgələri ilə əlaqəli şəxslərlə münasibətdə olduğu ehtimal edilən şübhəlilər müəyyənləşdirilib.
Araşdırma nəticəsində şübhəlilərin İŞİD və digər terror təşkilatları ilə əlaqəsinə görə barələrində hüquqi tədbirlər görülən şəxslərlə pul köçürmələri həyata keçirdiyi müəyyən edilib.
Sentyabrın 8-də polis əməkdaşları müəyyənləşdirilən ünvanlara eyni vaxtda əməliyyat keçirib. Əməliyyat zamanı 9 şübhəli saxlanılaraq polis idarəsinə aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31