Xaricdən gətirilən düyünün tərkibi şok etdi - Video

Xarici ölkələrdən gətirilən və hazırda mağazalarda satılan düyülərin saxta, plastik düyü olduğunu sübut edən video yayılıb. Yayılan videoda iki nəfər ayrı-ayrı qablara tökülmüş Masallı rayonunda yetişdirilmiş yerli düyü ilə xaricdən gətirilən, saxta olduğu hesab edilən düyünün qəribə üsulla tərkibini yoxlayırlar.

Yerləşdirilən videoda hər iki düyünün üzərinə kimyəvi maddə tökülür. Yerli düyünün üzərinə kimyəvi maddə tökülməsinə baxmayaraq, heç bir hadisə baş vermir. Ancaq saxta olduğu hesab edilən plastik düyünün üzərinə kimyəvi maddə töküldükdən bir qədər sonra düyü əvvvəlcə tüslüləməyə başlayır, daha sonra isə rəngi tamam dəyişərək əriyir. Hətta yerləşdiyi qabı da əridir.

Qeyd edək ki, xaricdən gətirilən, xüsusilə Çin istehsalı olan düyülərin tərkibinin saxta, plastik olması ilə bağlı dəfələrlə videolar yayılıb. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31