Sergey Lavrov: "Qərb hər zaman Rusiyanı zəiflətməkdə maraqlı olub" – ÖZƏL
11:54 SiyasətOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Qərb bütün tarixi boyu Rusiyanı - istər Rusiya İmperiyası, istər SSRİ, istərsə də hazırkı Rusiya Federasiyasını - zəiflətməkdə və hətta parçalamaqda maraqlı olub. Onun sözlərinə görə, əsas məqsəd ölkənin sərvətlərinə sahiblənməkdir, lakin Qərb bu planlarında səhvə yol verib.
Məşhur "Moskva göz yaşlarına inanmır" filmindəki "sabitlik yoxdur" ifadəsini şərh edən diplomat vurğulayıb ki, SSRİ və ABŞ arasındakı Soyuq müharibə dövründə müəyyən qədər proqnozlaşdırıla bilən mühit var idi. Lavrov hazırkı dövrdə sabitliyin həmin dövrlə müqayisədə çox daha az olduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31