Xalq Artisti Elza İbrahimovanın xatirəsi anıldı
Heydər Əliyev Sarayında tanınmış bəstəkar, Xalq Artisti Elza İbrahimovanın 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamına əsasən Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini vurğulayıb. Bildirib ki, ömrünün 50 ilindən çoxunu bəstəkarlıq sənətinə həsr etmiş Elza İbrahimova sənətin ən yüksək zirvələrini fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.
22 Fevral 2018 09:54 MədəniyyətHeydər Əliyev Sarayında tanınmış bəstəkar, Xalq Artisti Elza İbrahimovanın 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamına əsasən Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini vurğulayıb. Bildirib ki, ömrünün 50 ilindən çoxunu bəstəkarlıq sənətinə həsr etmiş Elza İbrahimova sənətin ən yüksək zirvələrini fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.
Dahi bəstəkar Qara Qarayevin tələbəsi olmuş Elza İbrahimovanın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüd və variasiya silsilələri, "Fortepiano üçün sonatina", "Skripka və fortepiano üçün skerso", "İki skripka üçün birhissəli kvartet", "Fortepiano üçün trio", simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə görkəmli bəstəkarın repertuarından sevilən mahnılar səsləndirilib.