Volkan Konağa səhnədə silahlı hücum
22 Fevral 2018 10:40 Dünyaİstanbulda, Ataşehirdə bir barda səhnəyə çıxan müğənni Volkan Konaka atəş edilib. Atəş açan şəxs müğənnini vətən xaini olmaqda ittiham edib. Konak silahlı hücumdan xəsarət almadan xilas olsa da, hücum edən şəxs barın mühafizəçiləri tərəfindən ayağından vurularaq yaxalanıb. Məlum olub ki, hücumçuların atəş açdığı güllələr tavana dəyib.
Məlumat üçün bildirək ki, Volkan Konak kürd əsilli ifaçıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31