Gərginlik artır: NATO qırıcıları Afrinə girəcəkmi?
Türkiyə Afrində YPG-yə qarşı apardığı əməliyyatları dayandırmalı və bölgədən çəkilməlidir. Bu sözləri kansler Angela Merkelin rəhbərlik etdiyi Almaniya Xristian-Demokratlar İttifaqının xarici siyasət üzrə müşaviri Yürgen Hardt deyib.
21 Fevral 2018 17:15 DünyaTürkiyə Afrində YPG-yə qarşı apardığı əməliyyatları dayandırmalı və bölgədən çəkilməlidir. Bu sözləri kansler Angela Merkelin rəhbərlik etdiyi Almaniya Xristian-Demokratlar İttifaqının xarici siyasət üzrə müşaviri Yürgen Hardt deyib.
"Türkiyə hökuməti "Zeytun budağı" hərəkatını dayandıraraq, Suriya ilə sərhədlərinə nəzarət etməlidir. Bu, çox ağıllı addım olar", - Hardt bildirib. Konya şəhərində yerləşən NATO aviabazasındakı hərbi təyyarələrlə də bağlı danışan alman rəsmi vurğulayıb ki, bu təyyarələrin Suriyada keçirilən Afrin əməliyyatlarında istifadə edilməsi mümkün deyil. Axar.az