Ermənistan-Azərbaycan oyununun vaxtı dəqiqləşib

Basketbol üzrə Azərbaycan millisinin (U-16) Avropa birinciliyində oyunlarının vaxtı dəqiqləşib. Məlumata görə, Elşən Yusubovun rəhbərlik etdiyi komanda ilk görüşünü ev sahibi San-Marinoya qarşı keçirəcək. Bu matç iyulun 3-də olacaq. A qrupunda yer alan basketbolçularımız ertəsi gün Ermənistan millisi ilə üz-üzə gələcək. İyulun 5-də Albaniya ilə oynayacaq yığmamız iki gün sonra Avstriyanı sınağa çəkəcək. Təmsilçimiz son görüşündə Moldova ilə qüvvəsini sınayacaq. Bu oyun iyulun 8-nə təsadüf edəcək.

Qeyd edək ki, B qrupunda Cəbəllütariq, Malta, Şotlandiya, Uels və Andorra yığmaları güclərini yoxlayacaq. Qruplarda ilk 2 yeri tutacaq komandalar mərhələ adlayacaqlar. Apasport.az  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31