Atanın stressi uşaqlarda şizofreniya xəstəliyinə səbəb ola bilər

ABŞ-ın Merilend ştatındakı universitetin alim-neyroloqu Treysi Beyli stressin insan orqanizminə təsirinə aid yeni tədqiqatı təqdim edib. Araşdırma nəticələrinə əsasən, atanın stressi sonradan övladında müəyyən xəstəliklərin yaranmasına səbəb olur.

Bir müddət əvvəl Pensilvaniya alimləri müəyyən ediblər ki, uşağın sağlamlığına nəinki ananın, eyni zamanda atanın da orqanizminin vəziyyəti təsir edir. Atanın stress keçirməsi uşağın DNK strukturunda dəyişikliyə və epigenetik dəyişikliklərə səbəb olur. Alimlər müəyyən ediblər ki, bunun səbəbi mikroRNK konsentrasiyasının artmasıdır.

Treysinin rəhbərlik etdiyi qrup siçanlar üzərində təcrübə aparıblar ki, stress beyində hansı neqativlərə səbəb olduğunu müəyyənləşdirsinlər. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31