Daşkənddə birinci Özbəkistan-Azərbaycan biznes-forumu keçirildi

Azərbaycanın Özbəkistandakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənddə birinci Özbəkistan-Azərbaycan biznes-forumu keçirilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Özbəkistan Ticarət-Sənaye Palatasının iştirakı ilə keçirilən Özbəkistan-Azərbaycan biznes-forumunun əsas məqsədi Özbəkistanın investisiya mühiti ilə tanışlıq, iki ölkə arasında iqtisadi əlaqələr, qarşılıqlı investisiya qoyuluşu, azərbaycanlı və özbək biznesmenlər arasında əlaqələrin yaradılması, Azərbaycan məhsullarının Özbəkistan bazarına çıxışı və s. olub.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənddə birinci Özbəkistan-Azərbaycan biznes-forumu keçirilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Özbəkistan Ticarət-Sənaye Palatasının iştirakı ilə keçirilən Özbəkistan-Azərbaycan biznes-forumunun əsas məqsədi Özbəkistanın investisiya mühiti ilə tanışlıq, iki ölkə arasında iqtisadi əlaqələr, qarşılıqlı investisiya qoyuluşu, azərbaycanlı və özbək biznesmenlər arasında əlaqələrin yaradılması, Azərbaycan məhsullarının Özbəkistan bazarına çıxışı və s. olub.

Azərbaycan nümayəndə heyətində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkəmizin müxtəlif şirkətlərinin rəhbərləri, inşaat, turizm, tekstil, proqram təminatı və b. sahələr üzrə iş adamları təmsil olunub.

Özbəkistan Ticarət-Sənaye Palatasının sədri Adxam İkramov qonaqları salamlayaraq ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, biznes sahəsində əlaqələr haqqında danışaraq,  mövcud potensialın daha böyük olduğunu qeyd edib. O bildirib ki, 2017-ci ildə həm Bakıda, həm də Daşkənddə müxtəlif görüşlər keçirilib, bütün sahələrdə əməkdaşlıq durmadan inkişaf edir və bu işdə Azərbaycanın Özbəkistandakı səfirliyinin böyük rolu var.

Adxam İkramov bildirib ki, bu, ilk hadisədir ki, tərəflər arasında biznes-forum keçirilir və o, bu tədbirdən sonra biznes sahəsində də əlaqələrin daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, Azərbaycan-Özbəkistan əlaqələri sabit inkişaf edir, Dövlətlərarası Birgə Əməkdaşlıq Komissiyası uğurla fəaliyyət göstərir. Özəl bölmədə də əlaqələrin səviyyəsinin günü-gündən inkişaf edir. O, biznes sahəsində əməkdaşlığın yüksək səviyyəyə qaldırılması üçün "İşgüzar Şura"nın yaradılmasını təklif edib. Ölkələrimiz arasında əmtəə mübadiləsinin həcminin mövcud tələblərə cavab vermədiyini, imkanların daha böyük olduğunu vurğulayan natiq, mövcud potensialdan tərəflərin istifadə etməsinin zəruri olduğunu söyləyib.

O, Azərbaycan iş  adamları arasında neft-qaz avadanlıqları, inşaat materialları, tikinti, polietilen borular, kənd təsərrüfatı məhsulları, turizm, proqram təminatı, yüngül sənaye, əczaçılıq, nəşriyyat işi və digər sahələrin nümayəndələri olduğunu və qeyd olunan istiqamətdə əməkdaşlığın genişləndirilməsini təklif edib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev müasir dövrdə Azərbaycan-Özbəkistan münasibətlərinin və tərəfdaşlığının əsasını ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci prezidenti İslam Kərimov tərəfindən qoyulduğunu bu əlaqələrin bugün də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyayev tərəfindən uğurla davam etdirildiyini söyləyib. 

Diplomat qeyd edib ki, son illərdə Azərbaycan və Özbəkistan arasında əlaqələr siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişaf edir. Özbəkiistanın bütün sahələrdə Azərbaycanı dəstəklədiyini deyən Hüseyn Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətlə həll olunması məsələsində də bu ölkənin Azərbaycanın yanında olduğunu bildirib. Forumun işinə uğurlar arzulayan səfir, iqtisadi əlaqələrin daha da genişləndirilməsinin tərəflər üçün zəruri olduğunu qeyd edib.

Özbəkistan baş nazirinin müavini Laziz Kudratov ölkələrimiz arasında əlaqələrin səviyyəsindən danışaraq, ölkələrində 71 Özbəkistan-Azərbaycan birgə müəssisəsinin  işlədiyini, 11 müəssisənin isə Azərbaycan kapitalının iştirakı ilə fəaliyyət göstərdiyini deyib. O, rəsmi Daşkəndin əsas istəyinin birgə müəssisələrin sayının daha çox olması, bu şirkətlərin Özbəkistan iqtisadiyyatına böyük qatqılar verməsi olduğunu bəyan edib.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası baş katibinin müavini Fuad Hümbətov,  Azərbaycanın  "Neuron Technologies LLC" şirkətinin icraçı direktoru İsmayıl Ələkbərov, özbək tərəfdən isə "Öztikintimaterialları" Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Batır Zaripov və başqaları biznes dairələri arasında əlaqələrimizin daha da dərinləşdirilməsi, təcrübə mübadiləsinin aparılması, "ASAN xidmət" sisteminin Özbəkistanda tətbiqi və digər məsələlər haqqında fikir mübadiləsi aparıblar. Qeyd olundu ki, Özbəkistan Əfqanıstan bazarına maraq göstərən Azərbaycan şirkətlərinə dəstək ola bilər.

Sonra Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Özbəkistan Ticarət-Sənaye Palatası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Biznes-forumun yekunları ilə bağlı Məmməd Musayev və Adxam İkramov mətbuat konfransı keçirib, jurnalistlərin çoxsaylı suallarına cavab veriblər.

Biznes-forum çərçivəsində Azərbaycan və Özbəkistan biznes dairələrininin nümayəndələri əməkdaşlıqla bağlı ikitərəfli görüşlər də keçirib.

Həmin gün Azərbaycanın iş adamları Daşkənddəki "Navruz İnternational" və "Middie Asia Roto Plast" Məhdud Məsuliyyətli Cəmiyyətlərinə gedib, bu istehsal sahələrinin iş şəraiti ilə tanış olublar.

Tədbirdə Özbək tərəfi bəyan etdi ki, 2017-ci ildə Özbəkistan-Azərbaycan arasında mal dövriyyəsi 31.2 milyon ABŞ dolları təşkil etmişdir ki, onun da 26.2 mln. dollar ixracın, 4.9 mln. dollar isə idxalın payına düşmüşdür.

Azərbaycanda iki Özbək şirkətinin "Özbəkistan Havo Yoolları" və "Узавто Баку" fəaliyyət göstərdiyini vurğulayan çıxışçılar gələcəkdə tərəflər arasında "İşgüzar Şura" yaradılarsa bu şirkətlərin sayının artacağını qeyd etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31