Politoloq: “Dağlıq Qarabağda hər an müharibə baş verə bilər”
“Dağlıq Qarabağda hər an müharibə baş verə bilər. Biz bunu heç vaxt gizlətməmişik”. Bu fikirləri açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib. Politoloq qeyd edib ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin əbədi ola bilməyəcəyini hər zaman demişik.
21 Fevral 2018 15:11 Siyasət"Dağlıq Qarabağda hər an müharibə baş verə bilər. Biz bunu heç vaxt gizlətməmişik". Bu fikirləri açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib. Politoloq qeyd edib ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin əbədi ola bilməyəcəyini hər zaman demişik. O vurğulayıb ki, biz torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olmalıyıq. F. Sadıqov vurğulayıb ki, Azərbaycan hərbi potensialını gücləndirir, yeni silahlar alır: "Çünki Azərbaycan işğala məruz qalan ölkədir. Əgər beynəlxalq strukturlar baş verə biləcək müharibə ilə bağlı öz narahatlığını bildirirsə, Ermənistanla danışıqlar aparmalıdırlar və Ermənistana təzyiq edilməlidir". Politoloq qeyd edib ki, beynəlxalq birlik tərəfindən ədalətlilik naminə diplomatik addımlar atmalıdırlar: "Beynəlxalq birlik görmür ki, Azərbaycan torpaqlarının bir hissəsi işğal altındadır? Biz nə vaxta kimisə gözləməliyik? Bu məsələdə kimə güzəştə getməliyik?"
Politoloq əlavə edib ki, son zamanlar müharibə ilə bağlı söhbətlər intensivləşib. Çünki Azərbaycan silah alır, öz məqsədlərini gizlətmir: "Azərbaycan açıq şəkildə hücumedici diplomatik addımlarını atır. Hesab edirəm ki, bu beynəlxalq hüququn prinsiplərinə cavab verən addımlardır". Azadinform.az