Gündəm
Bakıda aptek sahibi məhkəmə zalında həbs edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şahin Qurbanov və Cavidan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur
Ağstafa royonu ərazisində də yol infrastrukturunun yenidən qurulması istiqamətində xeyli iş görülüb və görülməkdə davam edir. Onlardan biri Kolayır -Düzqışlaq -Mollacəfərli - Xılxına - Qarahəsənli kəndlərini birləşdirən avtomobil yollarıdır.
Bilik Fondu ilk dəfə səs verəcək gənclərlə görüş təşkil etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evi Sosial Xidmətlər müəssisəsində “İlk dəfə səs verirəm” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Prezident seçkilərində ilk dəfə səs verəcək gənclər iştirak ediblər. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri haqqında məlumat verib və bütün seçiçiləri fəal olmağa çağırıb.
Bir neçə ölkənin baş naziri Azərbaycana gələcək
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birchall iştirak edəcək.
Təhsil sahəsində əldə edilən nailiyyətlər beynəlxalq tədqiqatlarda da yüksək qiymətləndirilir
Son illər təhsil sahəsində müşahidə edilən müsbət tendensiyalardan biri də şagirdlərin oxu bacarıqlarının artırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Etiraf etmək lazımdır ki, bu istiqamətdə həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verir. Sevindirici hal ondan ibarətdir ki, bu prosesə təhsil sahəsində fəaliyyət göstərən müəyyən beynəlxalq təşkilatlar da öz dəstəklərini verirlər.
Nişanlı oğlanı ata bağlayıb sürüdülər- AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ
Cəlilabad rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, ilkin araşdırmalardan sonra Musalı kənd sakini, 21 yaşlı Nəsirov Sirus İlham oğlunun həmkəndlisi, 33 yaşlı Seymur Məmmədov tərəfindən qısqanclıq zəminində öldürüldüyü məlum olub.
Külli miqdarda malların qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etməməklə və gizlədərək keçirilməsinə cəhdin qarşısını alıblar.
Daha bir bölgədə “Kitabsevərlər klubu” təsis edildi
Martın 6-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması, maarifləndirilməsi və kitab oxumaq ənənələrinin bərpası məqsədi ilə Murad Əlibəyov adına Xırxatala kənd tam orta məktəbində “Kitabsevərlər klubu”nun təsis toplantısı keçirilib. Olaylar.az bildirir ki, toplantıda İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayon üzrə nümayəndəsi Nargilə Qafarova, Qəbələ rayonu MKS-in direktoru Anar Rüstəmli, Xırxatala kənd məktəbinin direktoru Əhmədiyyə Hacıyev, Mərkəzin şöbə müdirləri və mütəxəssisləri iştirak ediblər.
Nazirliyin “Qəbələ pilot layihəsi” davam edir
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin pilot layihəsi çərçivəsində Qəbələ rayonu Heydər Əliyev Mərkəzinin rayonun siyasi-ictimai həyatında rolunun artırılmasına yönəlmiş növbəti tədbir həyata keçirilib. Martın 7 – də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, habelə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilmişdir. Rayonun və ümumilikdə dövlətimizin sosial-siyasi həyatında qadınların oynadıqları roldan söhbət açan Mərkəzin direktoru Asif Usubəliyev, daha sonra mövcud istiqamətdəki dövlət siyasətindən tədbir iştirakçılarına məlumat vermişdir.
Müğənni "Oscar"a yarıçılpaq getdi, vətənində qalmaqal yarandı
2009-cu ildə Albaniyadan ABŞ-a köçən alban müğənni Bleona Kereti ilə bağlı böyük qalmaqal yaşanır. Səbəb 38 yaşlı müğənninin ABŞ-ın Los-Anceles şəhərindəki "Dolby Theater"də keçirilmiş 90-cı "Oskar" mükafatlarının təqdimat mərasiminə qatıldığı geyimdir.
Dəmir yolunda “Sağlamlıq günü” keçirilib
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Sağlamlıq günü” adlı tədbir keçirilib. Səhmdar Cəmiyyətin ictimnaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Tədbirin əsas mahiyyəti, dəmiryolçuları işindən ayrılmamaq şərtilə, onlara profilaktik baxışların keçirilməsidir.
Azərbaycan həqiqətləri virtual məkan vasitəsilə dünyaya çatdırılır
Gənclər və İdman Nazirliyinin dəstəyi , "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub. İctimai Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, Azərbaycanın tanınmış marketinq mütəxəssisi, Floor 6 Kreativ Agentliyinin təsisçisi Leyla Məmmədova gənclərə "PR strategiyasının qurulması" mövzusunda təlim keçib. Təlim çərçivəsində məlumatların təhlil metodları, məlumatın insanlara ötürülməsi metodikası haqqında danışılaraq mövzu müzakirə olunub.
Prezidentin tapşırğı ilə Zakir Həsənov ön xətt bölmələrində olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrdə olublar. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək gül dəstələri qoyulub.
“ABAD”çılar əlverişli güzəştli kreditlərdən bəhrələnir
Martın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
Çin və Türkmənistan rəhbərləri İlham Əliyevə başsağlığı veriblər
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.














