Gündəm

"Sənin kimi kişini başqa cür sındırıram" - Azərbaycan telekanalında QALMAQAL - VİDEO

6 Mart 2018 17:00

Bu gün "Səni axtarıram" yenidən qalmaqallı səhnələri ilə yadda qalıb. Qalmaqal itkin düşən 1 uşaq anası Çinarəni axtaran anası və atalığı Dövlət və ilk gündən bu cütlüyü tənqid edən ekspert - qadın vəkil Şəfiqə Nağıyeva arasında yaşanıb.

Rusiyada yanğın nəticəsində ölən azərbaycanlıların sayı 7-yə çatıb

6 Mart 2018 16:58

Rusiyanın Orenburq şəhərində baş vermiş yanğın nəticəsində xəsarət alan azərbaycanlılardan biri xəstəxanada ölüb. Bu barədə Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov məlumat verib. O bildirib ki, fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi-58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1936-cı il təvəllüdlü İzzət Quliyeva xəstəxanada vəfat edib.  

Azərbaycanda qadınların sayı açıqlandı - Maraqlı faktlar

6 Mart 2018 16:55

2018-ci ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 960,1 min nəfərini qadınlar təşkil etmişdir.   Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ötən il doğulmuş 144,0 min körpənin 46,8 faizini qız uşaqları təşkil edib. Qadınların 53,4 faizi nəsilvermə qabiliyyətinə malikdir. 

Bakıda təmizliyə riayət olunmadığına görə bəzi bələdiyyə rəhbərləri cərimələnib

6 Mart 2018 16:53

"Xəzər rayonunda tullantıların qarşısının alınması məqsədi ilə ərazilər tullantılardan təmizlənib, Şüvəlan qəsəbəsində keçmiş daş karxanasının yaxınlığındakı hissədə yaşıllıqlar salınıb". Məlumata görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Bu ildən valyuta mübadilə məntəqələrinin fəaliyyəti lisenziyalaşdırılacaq

6 Mart 2018 16:52

Bu ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanacaq.

Akademik: "Yeni qaydalarla bağlı təkliflər Orfoqrafiya Komissiyasına təqdim olunacaq"

6 Mart 2018 16:50

"Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş davam etdirilir". Bunu AMEA-nın vitse - prezidenti, akademik İsa Həbibbəyli deyib.

Ötən ay nikaha girmək istəyən 12 nəfərdə QİÇS aşkarlanıb

6 Mart 2018 16:47

Bu ilin fevral ayında nikaha daxil olmaq istəyən 10125 nəfər tibbi müayinədən keçib.  Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 390 nəfərində talassemiya daşıyıcılığı, 17 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkarlanıb. Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 7 olub.

Azərbaycanda prezident seçkiləri ilə bağlı müstəqil media mərkəzi yaradılıb

6 Mart 2018 16:45

Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı müstəqil media mərkəzi yaradılıb. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

Rusiyada ən çox maaş verilən dövlət orqanlarının ADLARI

6 Mart 2018 16:44

2017-ci ildə Rusiyada federal dövlət orqanlarının orta aylıq əməkhaqqısı 118,8 min (2105 dollar) rubl təşkil edib. Məlumata görə, bu rəqəm 2016-cı illə müqayisədə 2,7 faiz çox olub. Ötən il ən yüksək əməkhaqqını hökumət aparatının (227,2 min rubl), Prezident Administrasiyasının (217,4 min rubl) və Hesablama Palatasının (180,7 min rubl) əməkdaşları alıb.

Poroşenkonun korteji piyadanı vurub- VİDEO

6 Mart 2018 16:43

Ukrayna Prezidenti Petro Poroşenkonun kortejində olan avtomobil yaşlı sakini vurub. Məlumata görə, hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya çatdırılıb.

Prezident seçkiləri ilə bağlı 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq

6 Mart 2018 16:39

Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq. Məlumata görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları haqqında məlumat verilərkən bildirilib.

Tillerson üç ölkənin baş diplomatını Vaşiqtona topladı

6 Mart 2018 16:33

Estoniya, Latviya və Litva xarici işlər nazirləri Vaşinqtonda ABŞ Dövlət katibi Reks Tillersonla görüşüblər. Bu barədə informasiyanı Estoniya Xarici İşlər Nazirliyi yayıb. Görüş zamanı əsas müzakirə mövzusu Avropada təhlükəsizlik və transatlantik münasibətlər olub.

Səudiyyə tarixində ilk: Şahzadə kilsəyə getdi

6 Mart 2018 16:31

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Qahirədəki Kıpti kilsəsini ziyarət edib. Şahzadə səfəri zamanı İsgəndəriyyə patriarxı II Tavadrosla da görüşüb. Kilsə bu görüşün Səudiyyə Ərəbistanının qurulduğu vaxtdan (1932) bu günə qədər tarixdə ilk dəfə baş tutduğunu açıqlayıb. 

Türkiyə Əsədi vurur: Rusiya niyə səsini çıxarmır? - Felgenhauer

6 Mart 2018 16:30

Türkiyə Əsəd qüvvələrinə güclü aviazərbələr endirir, amma Rusiya neytral qalmağa çalışır. Bu sözlər rusiyalı hərbi ekspert Pavel Felgenhauerin “Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. “Türkiyənin açıq-aşkar Dəməşqlə fikir ayrılığı var. Bu situasiyada Moskva özünü necə aparacaq? Məncə, daha çox Türkiyəyə yaxın durmağa çalışacaq.

Səddam Qərbin dəstəyi ilə İranı bombaladı – Zərif

6 Mart 2018 16:27

ABŞ və Avropa Birliyi İranın raket proqramı yaratmaq haqqını sual altına qoymamalıdır. Bu sözləri öz Tvitter səhifəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif paylaşıb.