Gündəm
Ermənistanda yezidilərin qəbirləri satılıb
Ermənistanın Kotayk vilayətinin Zovuni kəndinin milliyyətcə yezidi olan sakinləri onlara məxsus məzarlığın satılmasından şikayətçidirlər.
Aktrisanın “Oscar”ını kim oğurlayıb?
“Oscar” mükafat mərasimində “ən yaxşı aktrisa” nominasiyası üzrə qalib elan edilən Frances McDormandın mükafatını oğurlayan şəxsin kimliyi açıqlanıb. Polislər əvvəlcə hadisənin təfərrüatı barədə açıqlama yayıb. Məlum olub ki, tanınmış iş adamı Volfkan Pakın fotoqrafı qaçan oğrunu tapıb və əlindəki mükafatı geri alıb. Oğru daha sonra gözdən itib. Los-Angeles polisi axtarışlar aparıb və cinayəti törətmək istəyən 47 yaşlı Terry Bryant həbs edilib.
Dünyada “uşaq nikahları” azalıb
Son 10 ildə UNİCEF dünyada 25 milyon uşaq evliliyinin qarşısını aldığını açıqlayıb. Təşkilatın hesabatına görə uşaq nikahlarında ən böyük azalma Cənubi Asiya ölkələrinin payına düşür. Xüsusilə Hindistanda erkən nikahlar ciddi şəkildə azalıb. BMT-nin davamlı inkişaf hədəfləri çərçivəsində dünya liderləri uşaq evliliklərinə 2030-ci ilə qədər son qoyacaqlarına söz veriblər.
Uşaqlarınıza bu adları qoya bilərsiniz - Düşvarə, Danqız, Çolpan...
Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha 70 maraqlı ad açıqlanıb. Məlumata görə, adlar siyahısında Çağrı, Çallı (müdrik), Çakar, Çakər, Çayanbəy (igid bəy), Çayanxan, Çaylı, Çıraq, Çıraqqəddin (dinin işığı), Çolpan (dan ulduzu) kimi kişi, Çeşmə, Çeşmi, Çeşməgül, Çeşməxanım, Çeşməzar, Çəməni, Çinənay (Çin tütəyi) kimi qadın adları yer alıb.
Fransada qaçqınlar dövlətin payladığı yeməkdən imtina etdilər
Fransanın şimalındakı Kalais şəhəri yaxınlığında 2002-ci ildən bəri qaçqınların sığındığı düşərgədə dövlət tərəfində qida paylanılıb. Lakin yemək almağa cəmi iki nəfər gəlib.
Usubov rəisi təqaüdə göndərdi
Daxili işlər orqanlarında yeni təyinatlar olub. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantl Çingiz Osmanov tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Onun yerinə Sabunçu PPİ-nin baş müstəntiqi vəzifəsində çalışan polis mayoru Hikməy Vəliyev təyin edilib.
Faciəvi şəkildə ölən futbolçuya BÖYÜK JEST
İki gün öncə faciəvi şəkildə dünyasını dəyişən "Fiorentina"nın kapitanı Devid Astori ilə bağlı formalarını geyindiyi klublar təqdirəlayiq addım atıb. "Fiorentina" və "Kalyari" klubları kapitanın forma nömrəsini əbədiləşdirib. Yeni qərara görə, artıq 13 rəqəmi bu klublarda heç bir oyunçuya verilməyəcək.
Jirinovski: "Diktatura Rusiyaya xoşbəxtlik gətirəcək"
Rusiya Qərblə güc dilində danışmalıdır. Prezidentliyə namizəd olan Vladimir Jirinovski seçkiqabağı debatlarda diktatura rejimini dəstəklədiyini bildirib: "Qərblə başqa dildə danışmaq lazımdır.
Bu taksi şirkəti satışa çıxarıldı – 1000 manata
Hazırda fəaliyyət göstərən taksi şirkətlərindən biri satılır. Sahibi Ucuz Taksi MMC-ni satışa çıxarıb. *9988 nömrəsi ilə fəaliyyət göstərən, Azərbaycan və Bakı üzrə sərnişin daşımalarının həyata keçirilməsi üçün yaradılan nəqliyyat şirkəti 1000 manata satılır.
SON DƏQİQƏ: Terrorçular Afrinə göndərilir - KİV
PKK-nın Suriya qolu YPG-nin isim dəyişdirmiş halı Suriya Demokratik Qüvvələrinə (SDQ) tabe 1700-ə qədər terrorçu digər cəbhələrdən Afrinə göndərilir. Bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
“Bu seçki qanunvericiliyinin kobud şəkildə pozulmasıdır”
“Seçki ilə bağlı təbliğat kampaniyasına martın 19-dan sonra start verilir. Ancaq Milli Şura martın 10-da mitinq keçirəcək. Hesab edirəm ki, bu seçki qanunvericiliyinin kobud şəkildə pozulmasıdır”.
DİM: "363 namizəd iddia etdiyi vəzifəyə uyğun sayılmayıb"
Yanvarın 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibə mərhələsi davam edir.
Paytaxt məktəbində bayram şənliyi keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 81 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri iştirak ediblər.
Regional proqramlar Qəbələnin simasını dəyişib
Respublikanın hər bir bölgəsində olduğu kimi Qəbələdə də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib. 2004-cü ildən mərhələli şəkildə icra olunan və artıq üçüncü Dövlət Proqramının başa çatması ərəfəsində Qəbələnin siması əsaslı dərəcədə dəyişib, yeni infrastruktur yaradılıb, rayonda demək olar ki, işsizlik problemi tamamilə aradan qalxıb.
Əmək Nazirliyində görüş olub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə üzrə yeni müşaviri Ahmet Açıkgöz ilə tanışlıq görüşü olub. Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.














