“Bu seçki qanunvericiliyinin kobud şəkildə pozulmasıdır”
“Seçki ilə bağlı təbliğat kampaniyasına martın 19-dan sonra start verilir. Ancaq Milli Şura martın 10-da mitinq keçirəcək. Hesab edirəm ki, bu seçki qanunvericiliyinin kobud şəkildə pozulmasıdır”.
6 Mart 2018 17:24 Sosial"Seçki ilə bağlı təbliğat kampaniyasına martın 19-dan sonra start verilir. Ancaq Milli Şura martın 10-da mitinq keçirəcək. Hesab edirəm ki, bu seçki qanunvericiliyinin kobud şəkildə pozulmasıdır". Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Deputat deyib ki, bu məsələyə görə Bakı şəhər İcra hakimiyyətindən izahat tələb olunur: "Bu qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Niyə Milli Şuraya martın 19-dan əvvəl mitinq keçirməyə icazə verirlər? Öz çıxışlarında qanunların aliliyini istəyən şəxslər özü qanunun tələblərinə əməl etməlidir". Azadinform.az