Gündəm

Ötən il 78 məhkum cəzasını öz ölkəsində çəkmək üçün təhvil verilib

6 Mart 2018 18:31

Ötən il Ədliyyə Nazirliyində xarici ölkələrin məhkəmə qərarlarının tanınması və icra olunması, cinayət işləri və digər məsələlər üzrə hüquqi yardım, ekstradisiya ilə bağlı 16 min 760 sorğunun icrası üzrə tədbirlər görülüb.

Dövlət orqanlarında 155 vəzifə üzrə daxili müsahibə elan olunub

6 Mart 2018 18:29

5 dövlət orqanında ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib. Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (130 vakant vəzifə), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (12 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (2 vakant vəzifə), Müəllif Hüquqları Agentliyi (10 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyində (1 vakant vəzifə) ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib.

Ötən il cəzaçəkmə müəssisələrində 691 cinayət hadisəsinin qarşısı alınıb

6 Mart 2018 18:25

2017-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində 691 cinayət hadisəsinin qarşısı alınıb. Məlumata görə, ötən il cəzaçəkmə müəssisələrində 5600 nəfərdən çox məhkum ictimai faydalı əməyə cəlb edilib.

Putin əcdadlarından danışdı: Babam aşpaz olub

6 Mart 2018 18:23

Rusiya prezidenti Vladimir Putin deyib ki, babası aşpaz olub, atası isə zavodda usta işləyib. Məlumata görə, rusiyalı lider bunu Ümumrusiya Fəhlə Gənclərin Forumu iştirakçıları ilə söhbəti zamanı deyib. Rusiya prezidenti bildirib: "Babam aşpaz olub. Atam isə zavodda usta. Yeri gəlmişkən, atam Leninqradda Yeqorov adına vaqonqayırma zavodunda işləyib".

Ölən meymunun balası əməliyyatla xilas edildi

6 Mart 2018 18:16

Tailandda maşının vurması nəticəsində ölən hamilə meymunun balası bir könüllü tərəfindən qeysəriyyə əməliyyatı vasitəsilə xilas edilib. Məlumata görə, meymun balası doğulduğu vaxt ürəyi döyünmürdü və könüllü qadın ona ürək mesajı tətbiq edərək həyata qaytarıb.

Dənizdən şüşə içində olan 132 illik məktub tapıldı

6 Mart 2018 18:13

Avstraliyanın Pert şəhəri yaxınlığında sahildə, şüşə içində saxlanılmış ən köhnə məktub tapılıb. Məlumata görə, şüşənin yaşı 132 il olub. Şüşəni sahildə gəzən bir qadın tapıb. Qadının sözlərinə görə, köhnə şüşə onun diqqətini cəlb edib və o, şüşəni onun kitab şkafında yerləşdirəcəyini qərara alıb. Lakin içində məktub olduğunu gördükdən sonra onu muzeyə verib.

Rusiyanın hərbi nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb, 32 nəfər ölüb

6 Mart 2018 18:11

Rusiyanın hərbi nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. İlkin məlumata əsasən, təyyarənin göyərtəsində 26 sərnişin və 6 heyət üzvü olub. Onların hamısının həlak olduğu bildirilir.

"Mançester Yunayted" 5 il sonra bunu bacardı

6 Mart 2018 18:07

İngiltərə Premyer Liqasının 29-cu turuna "Kristal Pelas" - "Mançester Yunayted" oyunu ilə yekun vurulub. Hesabda 2 top fərqi ilə geri düşən "qırmızı şeytanlar" əzmkar mübarizə nəticəsində oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.

Hepatit C olduğu deyilən Aydın Xırdalanlı DANIŞDI: “Çayxanada oturmuşam”

6 Mart 2018 18:05

Aydın Xırdalanlı qaraciyər serrozundan əziyyət çəkmədiyini söyləyib. Meyxanaçı verdiyi açıqlamada səhhəti ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib: “Səhhətim əladır, hazırda çayxanada oturmuşam. Kefimin kök olan vaxtında zarafat etmişdim, ağızlarına gələni yazıblar. Qaraciyər serrozu və Hepatit C xəstəsi olmağım barədə xəbərlər yalandır”.

Martın 16-da Astanada Türkiyə-Rusiya-İran görüşü olacaq

6 Mart 2018 17:59

Martın 16-da Türkiyə, Rusiya və İranın xarici işlər nazirlərinin Qazaxıstanın paytaxtı Astanada birgə iclası gözlənilir. Müzakirələrin əsas mövzusunun Suriya münaqişəsi olduğu bildirilir. Tərəflərin birgə hərəkətetmə planlarını və meydana gəlmiş bəzi problemləri müzakirə edəcəyi gələn xəbərlər sırasındadır.

Havada təhlükəli anlar

6 Mart 2018 17:57

Pegasus Hava Yollarının Kayseri İstanbul səfərinin sərnişinləri İstanbul səmalarında təhlükəli dəqiqələr yaşayıblar. Kayseridən İstanbula uçan təyyarə İstanbuldakı şiddətli yağmur və fırtına səbəbilə Sabiha Gökçen Havalimanına pilotların bütün səylərinə baxmayaraq enə bilməyib.

Ötən il 54 polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb

6 Mart 2018 17:56

Ötən il mükafatlandırılan polis əməkdaşlarının sayı açıqlanıb. Məlumata görə, daxili işlər orqanlarının şəxsi heyətinin 2017-ci ildəki fəaliyyəti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək 56 polis əməkdaşı və hərbi qulluqçu (3-ü ölümündən sonra) dövlət mükafatı ilə təltif edilib, rəhbər vəzifəli 4 əməkdaş isə ali xüsusi rütbəyə layiq görülüb.

Bank girovunun məhkəmədən kənar realizasiyası mexanizmi yaradılacaq

6 Mart 2018 17:54

"Bank kreditlərinin qiymətinin formalaşmasında kreditin maya dəyərindən başqa digər əməliyyat xərcləri, risk premiyası və gəlir marjası rol oynayır. Kredit faizlərinin aşağı salınması istiqamətində risklərin azaldılmasına yönəlmiş tədbirlər icra edilir". Məlumata görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Azərbaycanda adam öldürmüş şəxs ölkədən qaçarkən tutuldu

6 Mart 2018 17:51

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən cinayət törətdiklərinə görə  axtarışda  olan şəxslərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir. DSX xəbər verir ki, 2018-ci ilin 5 mart tarixində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana keçərkən, 2017-ci ildə ölüm hadisəsi törətməkdə şübhəli bilindiyinə görə barəsində  axtarış elan  olunmuş 11.11.1983-cü il təvəllüdlü, Rusiya vətəndaşı  Mamedov İntiqam Novruz oğlu Dövlət Sərhəd Xid­mətinin əməkdaşları tərəfindən saxlanılaraq DİN Tovuz rayon polis şöbəsinə təhvil verilib.

Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz tədbirləri açıqlandı

6 Mart 2018 17:52

Mədəniyyət və Turizm Nazirliyi Novruz bayramı ilə əlaqədar Bakıda keçiriləcək tədbirləri açıqlayıb. Nazirlikdən verilən məlumata görə, martın 19-da Beynəlxalq Novruz Gününə həsr olunmuş ümümxalq şənliyi keçiriləcək. İçərişəhər və Bulvar ərazisində keçiriləcək şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.