Bank girovunun məhkəmədən kənar realizasiyası mexanizmi yaradılacaq

"Bank kreditlərinin qiymətinin formalaşmasında kreditin maya dəyərindən başqa digər əməliyyat xərcləri, risk premiyası və gəlir marjası rol oynayır. Kredit faizlərinin aşağı salınması istiqamətində risklərin azaldılmasına yönəlmiş tədbirlər icra edilir". Məlumata görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, bu istiqamətdə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hüquqi və institusional çərçivənin təkmilləşdirilməsi, girovun məhkəmədən kənar realizasiyası mexanizminin yaradılması ilə bağlı təkliflər hazırlanıb.

"Belə mexanizmin olması isə bankların təminatın realizasiyası ilə bağlı müddətin qısalması və xərclərin azalmasını şərtləndirəcəkdir ki, bu da kredit qiymətlərinin azalmasına müsbət təsir edəcək", - deyə hesabatda vurğulanıb.   Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31