Dənizdən şüşə içində olan 132 illik məktub tapıldı
Avstraliyanın Pert şəhəri yaxınlığında sahildə, şüşə içində saxlanılmış ən köhnə məktub tapılıb. Məlumata görə, şüşənin yaşı 132 il olub. Şüşəni sahildə gəzən bir qadın tapıb. Qadının sözlərinə görə, köhnə şüşə onun diqqətini cəlb edib və o, şüşəni onun kitab şkafında yerləşdirəcəyini qərara alıb. Lakin içində məktub olduğunu gördükdən sonra onu muzeyə verib.
6 Mart 2018 18:13 DünyaAvstraliyanın Pert şəhəri yaxınlığında sahildə, şüşə içində saxlanılmış ən köhnə məktub tapılıb. Məlumata görə, şüşənin yaşı 132 il olub. Şüşəni sahildə gəzən bir qadın tapıb. Qadının sözlərinə görə, köhnə şüşə onun diqqətini cəlb edib və o, şüşəni onun kitab şkafında yerləşdirəcəyini qərara alıb. Lakin içində məktub olduğunu gördükdən sonra onu muzeyə verib.
Şüşənin içindəki məktub, 1886-cı il iyunun 12-də Avstraliyanın qərb sahillərindən 950 km aralıda alman gəmisindəki bir sərnişin tərəfindən yazılıb. Buna kimi şüşə içində tapılan ən qədim məktub 108 il əvvəl ingilis alim tərəfindən yazılıb və 2015- ci ildə tapılıb. AzNews.az dünya mətbuatına istinadən xəbər verir.