Hepatit C olduğu deyilən Aydın Xırdalanlı DANIŞDI: “Çayxanada oturmuşam”

Aydın Xırdalanlı qaraciyər serrozundan əziyyət çəkmədiyini söyləyib. Meyxanaçı verdiyi açıqlamada səhhəti ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib: “Səhhətim əladır, hazırda çayxanada oturmuşam. Kefimin kök olan vaxtında zarafat etmişdim, ağızlarına gələni yazıblar. Qaraciyər serrozu və Hepatit C xəstəsi olmağım barədə xəbərlər yalandır”.

Aydın Xırdalanlı qaraciyər serrozundan əziyyət çəkmədiyini söyləyib. Meyxanaçı verdiyi açıqlamada səhhəti ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib: "Səhhətim əladır, hazırda çayxanada oturmuşam. Kefimin kök olan vaxtında zarafat etmişdim, ağızlarına gələni yazıblar. Qaraciyər serrozu və Hepatit C xəstəsi olmağım barədə xəbərlər yalandır".

Meyxanaçının sözlərinə görə, Respublika Narkoloji Mərkəzdə narkotik asılılıqdan aldığı müalicəsi artıq bitib: "Müalicəm bitib, hazırda ailəm mənə böyük dəstək olur. Ailə dəstəyi olmasa, yaşamağa dəyməz".

Xatırladaq ki, tanınmış meyxanaçı Aydın Xırdalanlı Yenicag.az-a verdiyi açıqlamada qaraciyər serrozu olduğunu söyləyib: "Özümü yaxşı hiss etmirdim, müayinə olundum və qan analizi verdim. Həkimlər məndə Hepatit C aşkarladı. Ağır xəstəlikdir, həkimlər deyir ki, xəstəliyin üstünə tez düşmək lazmdır. Hələ ki, dərdim yeni aşkarlanıb, müalicələrə başlamalıyam". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31