Fransada qaçqınlar dövlətin payladığı yeməkdən imtina etdilər

Fransanın şimalındakı Kalais şəhəri yaxınlığında 2002-ci ildən bəri qaçqınların sığındığı düşərgədə dövlət tərəfində qida paylanılıb. Lakin yemək almağa cəmi iki nəfər gəlib.

Fransanın şimalındakı Kalais şəhəri yaxınlığında 2002-ci ildən bəri qaçqınların sığındığı düşərgədə dövlət tərəfində qida paylanılıb. Lakin yemək almağa cəmi iki nəfər gəlib.

Məlumata görə, dövlət bu qaçqınların qida ilə təmin edilməsini öz öhdəsinə götürmüşdü. Lakin 350 nəfər üçün hazırlanan və pendir, çörək, isti içkidən ibarət olan yeməkləri almağa cəmi iki nəfər gəlib.

Digər qaçqınların nəzarətə götürülmə və ya kimliklərinin qeydiyyata alınacağı qorxusu ilə yemək almaq üçün gəlmədikləri bildirilib. AzNews.az dünya mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31