Türkiyə Əsədi vurur: Rusiya niyə səsini çıxarmır? - Felgenhauer
Türkiyə Əsəd qüvvələrinə güclü aviazərbələr endirir, amma Rusiya neytral qalmağa çalışır. Bu sözlər rusiyalı hərbi ekspert Pavel Felgenhauerin “Obozrevatel” saytında dərc olunan məqaləsində yer alıb. “Türkiyənin açıq-aşkar Dəməşqlə fikir ayrılığı var. Bu situasiyada Moskva özünü necə aparacaq? Məncə, daha çox Türkiyəyə yaxın durmağa çalışacaq.
6 Mart 2018 16:30 DünyaTürkiyə Əsəd qüvvələrinə güclü aviazərbələr endirir, amma Rusiya neytral qalmağa çalışır. Bu sözlər rusiyalı hərbi ekspert Pavel Felgenhauerin "Obozrevatel" saytında dərc olunan məqaləsində yer alıb. "Türkiyənin açıq-aşkar Dəməşqlə fikir ayrılığı var. Bu situasiyada Moskva özünü necə aparacaq? Məncə, daha çox Türkiyəyə yaxın durmağa çalışacaq. Ona görə ki, Türkiyə Rusiyaya Əsəddən daha önəmlidir. Türkiyə bu regionda açar ölkədir. Rusiya üçün Qara dənizdəki boğazları nəzarətdə saxlayan ölkə ilə dostluq münasibətləri qurmaq hər şeydən vacibdir. Əgər Türkiyəni Moskva Qərbdən ala bilsə, bu, super uğur olacaq. Rusiya hələlik neytral mövqe tutur. Afrinə görə türklərlə mübahisə etmirik", - deyə o bildirib. Axar.az