Rusiyada ən çox maaş verilən dövlət orqanlarının ADLARI
2017-ci ildə Rusiyada federal dövlət orqanlarının orta aylıq əməkhaqqısı 118,8 min (2105 dollar) rubl təşkil edib. Məlumata görə, bu rəqəm 2016-cı illə müqayisədə 2,7 faiz çox olub. Ötən il ən yüksək əməkhaqqını hökumət aparatının (227,2 min rubl), Prezident Administrasiyasının (217,4 min rubl) və Hesablama Palatasının (180,7 min rubl) əməkdaşları alıb.
6 Mart 2018 16:44 Dünya2017-ci ildə Rusiyada federal dövlət orqanlarının orta aylıq əməkhaqqısı 118,8 min (2105 dollar) rubl təşkil edib. Məlumata görə, bu rəqəm 2016-cı illə müqayisədə 2,7 faiz çox olub. Ötən il ən yüksək əməkhaqqını hökumət aparatının (227,2 min rubl), Prezident Administrasiyasının (217,4 min rubl) və Hesablama Palatasının (180,7 min rubl) əməkdaşları alıb.
Federal dövlət qurumları arasında ən az əməkhaqqını isə Nəşriyyat məsələləri üzrə agentliyin (59,8 min rubl), Yerin təkindən istifadə məsələləri üzrə agentliyin (60,2 min rubl) və Turizm agentliyinin (61,3 min rubl) əməkdaşları alıb. Trend.az