Gündəm
Türkiyə yeni düşərgələrin inşasına başladı - Qaçqınlar üçün
"Türkiyə "Fərat qalxanı" əməliyyatı nəticəsində azad edilmiş ərazilərdə suriyalı qaçqınlar üçün yeni düşərgələr inşa edir. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy elan edib. O qeyd edib ki, düşərgələr doqquz ayrı bölgədə, o cümlədən İdlibdə salınacaq.
Musiqi dinləyərkən beynimiz belə görünür - Faydaları və zərərləri - VİDEO
Hazırda günümüzü musiqisiz təsəvvür etmək çətindir. Müasir dövrdə hər kəs, demək olar ki, gündə bir dəfə də olsa musiqiyə qulaq asır.
Qurbanov köməkçisini Türkiyəyə göndərdi - Budaka görə
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov köməkçisi Elçin Rəhmanovu Türkiyəyə göndərib. Gənc mütəxəssis yığmamızın üzvü Ufuk Budakın oyununu izləmək üçün qardaş ölkəyə yollanıb.
Silah baronu: "ABŞ-da vətəndaş savaşı gedir"
ABŞ-da Prezident Administrasiyası heç bir şey həll etmir. Bunu RT kanalına müsahibəsində ABŞ-da həbsdə olan məşhur rusiyalı silah qaçaqmalçısı Viktor But söyləyib.
Mehriban Əliyeva uşaq bağçasının yeni binasının açılışında
Martın 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub.
Şahmat məktəbindən 10 kompüter oğurlanıb
Oğurluqda şübhəli bilinən Zərdab rayon sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 5-nə keçən gecə Zərdab rayonundakı Şahmat məktəbinin anbarından 10 ədəd kompyuter oğurlanıb. Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Emil Qasımov saxlanılıb.
Bərdədə soyğunçuluqla məşğul olan şəxs saxlanıb
Soyğunçuluqda şübhəli bilinən Bərdə rayon kənd sakini yaxalanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 1-də Bərdə rayon sakini Musa Qurbanovun 180 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Güloğlular kənd sakini Eldəniz İsayev Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Daha bir qurumda çalışan işçilərin maaşı artırıldı
SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə SOCAR strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.
Ov tüfəngini polisə könüllü təhvil verdi
Nardaran qəsəbə sakinində odlu silah aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Kürdoğlu Eyyubov müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ 42-ci Polis Bölməsinə təhvil verib.
100 kq mis oğurlayan ələ keçib
Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Elnur Hümbətova məxsus sexdən 100 kiloqram mis oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Ceyhun Əliyev saxlanılıb. Araşdırma aparılır.
“Unlimited: Sərhədsiz incəsənət” forumunda
Nizami Kino Mərkəzi Ukraynada keşirilən “Unlimited: Sərhədsiz incəsənət” forumunda Azərbaycanı təmsil edib. Olaylar.az bildirir ki, Britaniya Şurasının təşəbbüsü ilə Ukraynada keçirilən «Unlimited: Sərhədsiz incəsənət» Forumunda Britaniya, Ukrayna, Azərbaycan və Gürcüstandan 200 nümayəndə iştirak edib. Britis Council Azərbaycanın nümayəndə heyəti ilə birgə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevə Kiyevdə keçirilən “Unlimited: Sərhədsiz incəsənət” forumunda iştirak edib.
Məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindi
Milli Məclisin martın 6-da keçirilən plenar iclasında deputatlar gündəlikdə duran qanun layihələrinin müzakirələrini aparıblar. Seçki Məcəlləsinə dəyişiklik haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, seçki qanunvericiliyinə əsasən seçki təbliğatı seçkilərə 20 gün qalmış başlaya bilər.
İlkin Həsəni həyat yoldaşı ilə dostunun toyunda
Xəbər verdiyimiz kimi, dünən "Bozbash Pictures"də Fəlakət obrazı ilə tanınan aktyor Elşən Orucovun oğlan toyu baş tutub. E.Orucovun toyuna tanınmış aparıcı, aktyor İlkin Həsəni xanımı Aysel Həsəni ilə birgə qatılıb. Məşhur aparıcı toyda çəkilən fotosunu sosial şəbəkədə paylaşıb.
Evdən 17 min manat pul oğurlayan qadın saxlanıb
Ağstafa rayonunda yerləşən evlərdən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 15 572 manat və 800 ABŞ dolları oğurlanıb.
Yevlaxda qadın özünü Kürə atıb
Yevlax rayonunda qadın intihara cəhd edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, martın 5-də saat 6 radələrində Yevlax şəhəri ərazisindəki körpüdən bir qadın özünü Kür çayına atıb.Dərhal qadın həmin ərazidə xidmət aparan Yevlax Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən xilas edilib və RPŞ-yə təhvil verilib.














