Gündəm

Gəlin toy gecəsinin səhəri qaçdı - Bəyin açıqlaması DƏHŞƏTƏ GƏTİRDİ

6 Mart 2018 15:26

Türkiyənin Tekirdağ vilayətində sevdiyi qadınla ailə həyatı quran gənc, ertəsi gün tərk edilib. 1 həftə sonra boşanan gəncin keçmiş həyat yoldaşına ayda 500 lirə aliment verməsi barədə qərar çıxarılıb. Bir günlük arvadı evdən gedən 28 yaşlı Atakan Varlı təxminən 3 ildir aliment ödəyir.  Atakan 2015-ci ildə Kübra isimli bu qadınla tanış olub və ailə qurmaq barədə qərar veriblər. Nişan olub, ailələr bir-birini tanıdıqdan sonra nikaha daxil olublar:

"ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günü

6 Mart 2018 15:12

8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri - iş günü olacaq. Olaylar.az bildirir ki, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Dil mövzusunda dəyirmi masa

6 Mart 2018 15:10

Martın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Azərbaycan dili milli özünüdərk vasitəsidir” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirtir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev dilin mənəviyyatın özü olduğunu söyləyib.

Ukraynanın siyasi taleyi necə olacaq?

6 Mart 2018 15:08

Ukraynada sular durulmaq bilmir. Bir müddət əvvəl sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ukraynada hakimiyyət çevrilişinə göstərdiyi cəhd baş tutmasa da, müntəzəm olaraq yenə də hazırkı hakimiyyət əleyhinə, xüsusilə də prezident Poroşenkoya qarşı etirazlar baş qaldırır. Ukraynada cərəyan edən proseslərin bu ölkədə yaxın vaxtlarda hakimiyyət dəyişikliyinə səbəb olacağı da ehtimal edilir.

Şərəf və ləyaqəti necə qorumalı?

6 Mart 2018 15:07

Həyalı insan zalım olmaz. Ləyaqətli insan o adam deyil ki qüsurları yoxdur, ləyaqətli insan o adamdır ki, ləyaqəti var. İnsanlar özləri ilə elə məşğuldurlar ki, ətrafdakılara diqqətlə nəzər yetirb, onları ədalətlə qiymətləndirməyə macal tapmırlar. Elə buna görə də ədalətli və təmkinli adamlar çox vaxt kölgədə qalır.

Bred Pitin saqqalı, Anjelina Colinin çənəsi və mənim körpəm

6 Mart 2018 15:00

Mən Cekonu sevirəm. Çünki Ceko, yəni Cavanşir Bred Pitə bənzəyir. Mən onu da sevirəm...

Sərkisyanların yeri dəyişəndə nəticə dəyişmir

6 Mart 2018 14:58

Ermənistan özünə ikinci Sərkisyanı yeni prezident seçdi. Bununla belə, Sərkisyanların yerini dəyişəndə nəticə dəyişmir. Baxmayaraq ki, yeni Sərkisyan həm Rusiyada, həm Avropada geniş əlaqələri olan biznesmen, diplomat və keçmiş elm adamıdır. İkinci Sərkisyanı hakimiyyətə gətirən nə oldu?

Ərzaq bazarında qiymətlərlə manipulyasiya edən 3 təsərrüfat subyekti ilə bağlı iş qaldırılıb

6 Mart 2018 14:52

"Antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması bazar subyektləri tərəfindən yol verilən haqsız rəqabət, hallarının aşkarlanması, aradan qaldırılması və qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi İqtisadiyyat Nazirliyi yanından Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər görülür".

Radikalların dövlətçilik mövqeyindən çıxış edənləri ləkələmək cəhdi

6 Mart 2018 14:47

Qəribə tendensiya müşahidə olunur. Radikal müxalifətdən fərqli olaraq prezident seçkilərində iştirak qərarı verən siyasi təşkilatlar, ayrı-ayrı fərdlər bu düşərgənin tənqid və hətta təhqir hədəfinə çevrilir.

Universitetlərarası müqavilə

6 Mart 2018 14:39

Belarus Dövlət Pedaqoji Universitetinin rektoru, professor Aleksandr Jukun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov ölkəmizdə elm-təhsil sahəsində həyata keçirilən uğurlu siyasətdən, o cümlədən bu ali təhsil ocağının beynəlxalq əlaqələrindən bəhs edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindi

6 Mart 2018 14:35

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək.

Deputat: “İnvestorlar cəlb etməliyik”

6 Mart 2018 14:33

“Ələt İqtisadi Zonasının əhəmiyyəti "Əsrin müqaviləsi"nin müddəti 2050-ci ilədək uzadılması qədər önəmldidir. Bu iqtisadi zona ölkəmiz üçün çox vacib əhəmiyyət kəsb edir”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Mirzəcan Xəlilov deyib.

Əli Məsimli: “Dollarla olan kreditlərlə bağlı qanun hazırlansın”

6 Mart 2018 14:31

“Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi sahibkarların işini xeyli yüngülləşdirəcək. Təklif edərdim ki, dollarla olan kreditlərlə bağlı da bu tip qanun hazırlansın”.

Direktor: “ANS avadanlıqlarını Zoologiya İnstitutundan çıxara bilməz”

6 Mart 2018 14:29

ANS Zoologiya İnstitutunun bəzi ərazilərini boşaldıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov bildirib.