Radikalların dövlətçilik mövqeyindən çıxış edənləri ləkələmək cəhdi
Qəribə tendensiya müşahidə olunur. Radikal müxalifətdən fərqli olaraq prezident seçkilərində iştirak qərarı verən siyasi təşkilatlar, ayrı-ayrı fərdlər bu düşərgənin tənqid və hətta təhqir hədəfinə çevrilir.
6 Mart 2018 14:47 SiyasətQəribə tendensiya müşahidə olunur. Radikal müxalifətdən fərqli olaraq prezident seçkilərində iştirak qərarı verən siyasi təşkilatlar, ayrı-ayrı fərdlər bu düşərgənin tənqid və hətta təhqir hədəfinə çevrilir. Yaxud radikallar kimi düşünməyən, tamam fərqli prizmadan, dövlət və dövlətçilikdən yana olanlar xaos, anarxiya tərəfdarlarının sosial şəbəkələrdə açmış olduqları saxta profillərlə təhqir edilirlər. Yaxud bu şəxslərin istər dövlətçilik, istərsə də ölkə rəhbərliyi və mövcud idarəetmə üsulu ilə bağlı yazmış olduqları fikirlər süngü ilə qarşılanır. Bəzi hallarda isə həmin fikirlər təhrif edilmiş şəkildə cəmiyyətə çatdırılır. Elə bu günlərdə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da radikal düşərgənin və onların havadarlarının təxribatı ilə üzləşib desək yanılmarıq. Xüsusilə onun ölkə rəhbərliyinə qarşı çıxmağın dini baxımdan doğru olmadığı barədə müntəzəm olaraq yazdığı fikirlər əks cəbhədə heç də xoş qarşılanmayıb və ilahiyyatçı anarxistlərin hədəfinə çevrilib. O, bildirib ki, dövlətçilik əleyhinə olan qüvvələrin öz əməllərinə çatması üçün hətta radikal dindarlardan belə istifadə etmə cəhdləri özünü büruzə verməkdədir və belə halları tənqid etdiyinə, insanları bu kimi siyasi oyunlara qoşulmamağa çağırdığına görə ona qarşı şər, böhtan kampaniyası aparılır: "Məlumdur ki, ölkəmizdə Prezident seçkiləri baş tutacaq. Xüsusi ilə ölkəmizin düşmənləri bu ərəfələrdə müxtəlif təxribatlara əl atırlar. Hətta bu məsələdə radikal dindarlardan belə istifadə edilir. Belə ki, bu günlərdə İslam alimlərindən biri olan İbn Qurtubinin dövlət rəhbələrinə qarşı çıxmağın fəsadları haqqında belə bir paylaşım etdim: Belə ki, ölkə Rəhbərinə qarşı çıxmağın zərərləri barədə İmam Qurtubi belə buyurdu ki, ölkə rəhbərinə itaət etməyə səbr etmək ona qarşı çıxmaqdan daha üstündür. Çünki, onunla düşmənçilik etmək və ona qarşı çıxmaq əmin-amanlığın qorxu ilə əvəz olunması, qanların tökülməsi, səfehlərin özbaşınalığı, müsəlmanların üzərinə hücumların olması, yer üzərində fəsadın yaranması baş verə bilər. Bundan sonra bəzi müxalifətçi jurnalistlər və qərəzli məzhəb təəssübkeşləri başladılar müxtəlif şərhlər yazmağa. Müsəlman ölkələrinin rəhbərini və bizim ölkəmizin rəhbərini Yezidlə müqayisə etməyə, həmçinin Musa Peyğəmbərlə Firon məsələsində ölkə rəhbərlərini Firona bənzədəcək fikirlər, şərhlər yazdılar. Sonra ağız dolusu Yezidə lənətlər oxundu və mən də bildiridm ki, Yezid uzun illər xəlifə olub. Onun dövründə heç zaman İmam Hüseyn ona qarşı çıxmayıb. Sadəcə Kufəlilər müxtəlif yalan dolu məktublar yazaraq Yezidlə öz aralarını düzəltmək üçün İmam Hüseyndən kömək istəyiblər. İslam tarixi kitablarında da yazıldığı kimi İmam Hüsyenin məqsədi hakimiyyətə qarşı çıxmaq deyildi və kufəlilərə inanıb onlarla hakimiyyətin arasını düzəltmək məqsədi daşıyırdı. Yezid İslam tarixi mənbələrində bildiirldiyinə görə öz zamnında İslam üçün çox xidmətlər edib vəİslamın böyük ərazilərə yayılmasında fəaliyyət göstərib. İslam tarixçisi İbn Kəsirin də dediyi kimi əgər İmam Hüseyni Yezid öldürübsə, onda edilən lənətlər ona çatır, yox əgər yezid belə bir əmri verməyibsə onda lənət edənlərin lənəti özünə qayıdır. Bunu deməklə mən Yezidin tərəfini saxlamıram. Sadəcə bu hadisə ilə indi müsəlmanlar yaşayan ölkələrin rəhbərini eyni tutmaq anlayışının kökündən yanlış olduğunu, bu tip radikal dindarların aldadıldığını demək istəyirəm. Hətta Yezidin öz dövründə onun ədalətli olduğunu yazan İslam alimləri də çoxdur. Mən də sadəcə o rəylərdən birini yazmışam. Bunu etdiyim üçün indi müxlaifətçi radikal dindarlar məni şərləmək və böhtün atmaq istəyirlər ki, guya mən Yezidin tərəfin saxlayıram. Heç də elə deyil. Mən İmam Hüseynin tərəfindəyəm. İmam Hüseyn də heç vaxt öz dövründə hakimiyyətdən narazı olmayıb və mitinqlərə çıxmayıb. Siz İmam Hüseynə qarşı şər və böhtan atırsız". Əkrəm Həsənov onu da qeyd edib ki, Azərbaycan tarixən müxtəlif xalqların, dinlərin, irqlərin bir-birinə hörmətlə yanaşdığı bir məmləkət olub. Baxmayaraq ki, biz 70 il atezim mühitində yaşamışıq, ancaq biz öz dinimizi qoruyub saxlamışıq. Dinin yaşanmasının qadağan olunduğu vaxtlarda belə bizim babalarımız dinimizi gizlin şəkildə yaşayıb yaşadıblar. Atezimin təbliğ olunduğu dövrlərdə harada dini inancı olan və inancına uyğun yaşayan görərdilərsə onu ya ölkədən sürgün edər, ya da üzərinə böyük cinayətlər yükləyib türmələrədə ömrünü keçirməyə şərait yaradardılar. Biz bilməliyik ki, dinimizin yaşanmasının belə çətin və ağır dövrləri olub. Biz bütün bunları nəzərə alaraq müasir dövrümüzdə qədimdən gələn adət-ənələrimizə hörmət edərək dinimizi yaşamalı və çevrəmizi bu gözəl İslam dininə dəvət etməliyik. Unutmamalıyıq ki, biz məhz İslam dininə sahib olduğumuz üçün bir çox təzyiqlərə məruz qalmışıq, hələ də torpaqlarımız qeyri dini inanca sahib olanlar tərəfindən işğal altındadır. Bu gün ölkəmizdə müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələrini dərinləşdirən qloballaşma prosesində istər ölkədaxili, istərə də beynəlxalq müstəvidə multikulturalizm siyasətinin əhəmiyyəti artır. Bütün müxtəlifliklər multukulturalizm siyasətini zəruri edir. Baxmayaraq ki, multikulturalizm siyasətinin zəruriliyinin artdığı bir dövrdə bəzi dövlətlərdə bu və ya digər səbəblərdən həmin siyasətdən uzaqlaşmaq meylləri yaranmaqdadır. Bu isə öz növbəsində o dövlətlərdə anti-semitizm, irqçilik, ksenofobiya, islamofobiya və nifrətə əsaslanan digər cinayətlərin törədilməsinə səbəb olur". Əkrəm Həsənov deyib ki, bir vaxtlar multikultural dəyərlərinin olduğunu deyən Avropa ölkələri bu gün bu siyasəti aparmayaraq ölkələrinə gələn müsəlman gəlmələri qəbul etmirlər: "Bu da ondan xəbər verir ki, onlar bu siyasəti düzgün istiqamətləndirmirlər. Ancaq biz elə etməliyik ki, bizim ölkəmizdə bu siyasətin müsbət çalarlarını hamımız görək. Çünki, artıq bir çox ölkələr bizdə olan müxtəlif dəyərlərin qarşılıqlı hörmətinə heyran qalırlar. Bir qərbli İslam dedikdə anladığını gəlib bizim ölkəmizdə görəndə heyran olur. Müxtəlif tədbirlərdə xaricilər bizdə olan multikultural dəyərləri yüksək qiymətləndirirlər. Biz çalışmalıyıq ki, belə də davam etsin".
Süleyman