Kallas Aİ-nin yüksək səviyyəli müdafiə qrupunun yaradılmasından imtina edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, "Politico"nun məlumatına görə, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Almaniya və İtaliyanın etirazlarından sonra keçmiş siyasi və hərbi liderlərdən ibarət Müdafiə üzrə Yüksək Səviyyəli Qrup yaratmaq planından imtina edib.
Nəşr bildirir ki, təklifə qarşı çıxan ölkələr yeni qrupun Avropa Komissiyasının və Aİ-nin müdafiə komissarı Andrius Kubiliusun fəaliyyətini təkrarlaya biləcəyindən narahat olublar. Kallas isə üzv dövlətlərlə əməkdaşlığın yeni formalarını nəzərdən keçirməyə qərar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31