Gündəm
İranlı Mühacirlər Cəmiyyətində bayram tədbiri
Ötən şənbə “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunub. Tədbirə qurumun üzvü olan zərif cinsin nümayəndələri, qonaqlar və media təmsilçiləri qatılıblar. Təşkilatın sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə qadınların hər birinə İMC adından bayram təbriklərini yetirib, onlara ana, qurucu insan, cəmiyyətin aktiv üzvü kimi fəaliyyətlərində uğurlar arzulayıb.
Ulduz futbolçudan qalmaqallı açıqlama - “Onun ölümünə üzülmürük”
PSJ-nin braziliyalı ulduzu Daniel Alveş 1 gün əvvəl otel otağında ölü tapılan italyan futbolçu David Astorinin ölümü ilə bağlı verdiyi açıqlama ilə hamını təəccübləndirib.
“Qadınların ən çox rast gəldiyi maneədən biri ailə və karyera ziddiyyətləridir”
“Qadınlar peşə seçimi zamanı çətinliklərlə qarşılaşırdılar. Burada ilk növbədə gender stereotipləri özünü göstərirdi”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınların səlahiyyətlərinin genişləndirilməsi və qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə keçirilən “She Congress”də çıxışı zamanı deyib.
“Mənə dedi ki, bu qədər şərəfsizlik olar?” - - VİDEO
Məşhurlar bu dəfə ARB Ulduz-un "Şou məkan" proqramının kameralarına başlarına gələn zarafatlardan danışıblar.
Türkiyə prezidenti ABŞ-ın sanksiya təhdidinə münasibət bildirib
“Avropa vədlərinə əməl etsəydi, bu gün Türkiyə Avropa İttifaqının üzvü kimi öz yerini tutmuşdu. ABŞ-ın da Suriyada seçimi səhv olmasaydı, bu gün reallıq fərqli olardı”. Məlumata görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan bu gün AKP-nin qrup toplantısında deyib.
ABŞ-ın təyyarə gəmisi 200 hərbçisi və onlarla qırıcısı ilə birgə BATIRILDI - 76 il sonra...
II Dünya Müharibəsində döyüşən, Amerika donanmasına aid “USS Lexington” hərbi təyyarə gəmisi Avstraliya sularında tapılıb. 76 illik axtarışdan sonra gəminin qalıqlarına Mərcan dənizinin 3 km dərinliyində rast gəlinib. ABŞ donanması gəminin “Microsoft” şirkətinin qurucularından olan Paul Allenin başçılıq etdiyi ekipaj tərəfindən tapıldığını təsdiq edib. Aşkar edilən gəmidə 35 qırıcı təyyarə olub. Onlardan 11-i hələ də həmin bölgədədir.
Beynəlxalq Qadınlar günü münasibətilə şou-proqram
Mart ayının 8-də saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şou-proqram təqdim olunacaq. Olaylar.az bildirir ki, teatrın istedadlı aktyoru, Rusiya Federasiyası Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədovun teatrın bütün xanım əməkdaşlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb. 8 Mart ərəfəsində baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, onlara yadda qalan bayram yaşatmaqla məişət problemlərindən uzaqlaşdırmaqdır.
Ərdoğan: "Türkiyə “Zeytun budağı” əməliyyatında 41 şəhid verib, 2872 terrorçu zərərsizləşdirilib"
“46 gündür, Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı həyata keçirilir. İndiyə qədər 700 kv.km ərazi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənib, 2872 terrorçu zərərsizləşdirilib”. Məlumata görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan AKP-nin bu gün qrup toplantısında bildirib.
"Speys"dən gedən aparıcı ATV-də işə başladı
Xəbər verdiyimiz kimi, əməkdar artist Əkbər Əlizadə “Seys”dəki işindən uzaqlaşıb. Məlumata görə, aktyor xəstə olduğu üçün işdən getdiyini, bir müddət heç yerdə çalışmayacağını bildirmişdi. Bir müddət əvvəl isə Əkbər ATV-də yenidən işə başladığını xəbər verib. O, bu gün Lalə Azərtaşın “ATV səhər” proqramında aparıcı kimi efirə çıxır.
Türkiyədən Pentaqona “general” cavabı: Axmaq...
Pentaqon sözçüsü Rob Manninqin Afrin əməliyyatı ilə bağlı dediyi fikirlər cəfəngiyyatdir. Bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasındandır. Nazirliyin sözçüsü Hami Aksoy ABŞ polkovniki Rob Manninqin PKK terrorçusunu “general” adlandırmasının axmaqlıq olduğunu deyib.
“XX əsrin Norveç hekayələri” çap olundu
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “XX əsrin Norveç hekayələri” kitabı işıq üzü görüb. Norveç nəsrinin ümumi mənzərəsini Azərbaycan oxucusuna ilk dəfə təqdim edən kitaba müxtəlif ədəbi nəslin təmsilçiləri – T.Vesos, F.Börnset, A.Myukle, N.Y.Rüd, L.A.Holma, E.Ekland, S.Holmebakk, İ.Svinsos, Y.Qorder kimi görkəmli Norveç yazıçılarının əsərləri daxil edilib.
"Atamla telefonla danışmıram, çünki heç kəsə etibarım yoxdur" - Azərbaycanlı qadın aparıcıdan ŞOK SÖZLƏR - VİDEO
Xoşqədəm Hidayətqızının ötən gün verilişində verdiyi açıqlama hər kəsi təəccübləndirib. Xanım aparıcı atası ilə telefonla danışmadığını, nə sözləri olursa üzbəüz danışqdıqlarını deyib.
Tillersonu dövlət katibi təyin edən Kremldir - Sensasiya
Moskva Respublikaçılar Partiyasından prezidentliyə namizəd Mit Romninin ABŞ dövlət katibi təyin edilməsinə mane olub. Bu barədə informasiyanı “Nyu Yorker” jurnalı britaniyalı keçmiş casus Kristofer Stilə istinadən yayıb. Stil bu məlumatın ona Rusiyadakı yüksək vəzifəli siyasətçilərdən birinin verdiyini deyib.
FHN metroplitençilərə təlim keçib
“Bakı Metropoliteni” QSC ilə Fövqəladə Hallar Nazirliyinin birgə keçirdiyi silsilə tədbirlərin davamı olaraq, fevralın 26-dan martın 2-dək metropolitenin stansiya və obyektlərində insanların xəsarəti ilə nəticələnə bilən hadisələr zamanı göstərilən ilk tibbi və psixoloji yardım mövzusunda nazirliyin mütəxəssisləri tərəfindən məşğələlər keçirilib.
Bakıda bayram aksiyası keçirilib
Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi səhər saat 6:00-dan başlayaraq qarşıdan gələn “8 Mart” - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakının müxtəlif yerlərində "Biz sizi unutmadıq - 6” adlı aksiya keçirib.













.jpg)
