FHN metroplitençilərə təlim keçib
“Bakı Metropoliteni” QSC ilə Fövqəladə Hallar Nazirliyinin birgə keçirdiyi silsilə tədbirlərin davamı olaraq, fevralın 26-dan martın 2-dək metropolitenin stansiya və obyektlərində insanların xəsarəti ilə nəticələnə bilən hadisələr zamanı göstərilən ilk tibbi və psixoloji yardım mövzusunda nazirliyin mütəxəssisləri tərəfindən məşğələlər keçirilib.
6 Mart 2018 13:46 Sosial"Bakı Metropoliteni" QSC ilə Fövqəladə Hallar Nazirliyinin birgə keçirdiyi silsilə tədbirlərin davamı olaraq, fevralın 26-dan martın 2-dək metropolitenin stansiya və obyektlərində insanların xəsarəti ilə nəticələnə bilən hadisələr zamanı göstərilən ilk tibbi və psixoloji yardım mövzusunda nazirliyin mütəxəssisləri tərəfindən məşğələlər keçirilib. "OLAYLAR" xəbər verir ki, məşğələlərin keçirilməsində məqsəd metropolitenin stansiya və obyektlərində baş verə biləcək hadisələr zamanı metropoliten əməkdaşlarının tibbi hazırlığını artırmaq, çatışmazlıqları müəyyən edərək, onların aradan qaldırılması üzrə zəruri tədbirlər görmək, ekstremal hallarda metropolitençilərin köməyi ilə hadisə yerində təxirəsalınmaz ilk tibbi yardımın göstərilməsini təşkil etməkdən ibarət olub.
"Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzində təşkil olunan məşğələlər Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili baş idarəsinin təşkilatçılığı ilə nazirliyin ixtisaslaşmış həkim və psixoloqları tərəfindən keçirilib.
Məşğələlərə metropolitenin bütün struktur vahidlərinin, həmçinin metropolitendə polis şöbəsinin müvafiq əməkdaşları da cəlb olunublar.