“XX əsrin Norveç hekayələri” çap olundu

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “XX əsrin Norveç hekayələri” kitabı işıq üzü görüb.   Norveç nəsrinin ümumi mənzərəsini Azərbaycan oxucusuna ilk dəfə təqdim edən kitaba müxtəlif ədəbi nəslin təmsilçiləri – T.Vesos, F.Börnset, A.Myukle, N.Y.Rüd, L.A.Holma, E.Ekland, S.Holmebakk, İ.Svinsos, Y.Qorder kimi görkəmli Norveç yazıçılarının əsərləri daxil edilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - "XX əsrin Norveç hekayələri" kitabı işıq üzü görüb.

Norveç nəsrinin ümumi mənzərəsini Azərbaycan oxucusuna ilk dəfə təqdim edən kitaba müxtəlif ədəbi nəslin təmsilçiləri - T.Vesos, F.Börnset, A.Myukle, N.Y.Rüd, L.A.Holma, E.Ekland, S.Holmebakk, İ.Svinsos, Y.Qorder kimi görkəmli Norveç yazıçılarının əsərləri daxil edilib.

Hekayələri Azərbaycan dilinə Yaşar, Güldəstə Nəsib, Fərhad Abdullayev, Etimad Başkeçid və Mahir N. Qarayev tərcümə edib.

Kitabın redaktoru Bəhlul Abbasovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31