“Qadınların ən çox rast gəldiyi maneədən biri ailə və karyera ziddiyyətləridir”

“Qadınlar peşə seçimi zamanı çətinliklərlə qarşılaşırdılar. Burada ilk növbədə gender stereotipləri özünü göstərirdi”.  Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınların səlahiyyətlərinin genişləndirilməsi və qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə keçirilən “She Congress”də çıxışı zamanı deyib. 

"Qadınlar peşə seçimi zamanı çətinliklərlə qarşılaşırdılar. Burada ilk növbədə gender stereotipləri özünü göstərirdi".  Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınların səlahiyyətlərinin genişləndirilməsi və qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə keçirilən "She Congress"də çıxışı zamanı deyib. 
Dövlət Komitəsinin sədri bildirib ki, əvvəllər qadın və kişi peşələri ayrılırdısa, bu gün artıq iqtisadiyyat, idarəetmə, diplomatiya, beynəlxalq münasibətlər, neft-kimya, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızların sayı ildən-ilə artır: "Bu, bizi sevindirir. Məsələn, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan qızlar onlar üçün ənənəvi olmayan peşələrə daha çox maraq göstərirlər". 
H. Hüseynova qeyd edib ki, qadınların ən çox rast gəldiyi maneədən biri ailə və karyera ziddiyyətləridir: "Bunu aradan qaldırmaq üçün bu iki sahəni uzlaşdırmaq lazımdır. Bunun üçün isə həyat yoldaşları qadınlara dəstək verməlidirlər. Qadınlar həm karyera qurmalı, həm də ailələrini qorumalıdırlar". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31