Türkiyə prezidenti ABŞ-ın sanksiya təhdidinə münasibət bildirib

“Avropa vədlərinə əməl etsəydi, bu gün Türkiyə Avropa İttifaqının üzvü kimi öz yerini tutmuşdu. ABŞ-ın da Suriyada seçimi səhv olmasaydı, bu gün reallıq fərqli olardı”. Məlumata görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan bu gün AKP-nin qrup toplantısında deyib.

"Avropa vədlərinə əməl etsəydi, bu gün Türkiyə Avropa İttifaqının üzvü kimi öz yerini tutmuşdu. ABŞ-ın da Suriyada seçimi səhv olmasaydı, bu gün reallıq fərqli olardı". Məlumata görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan bu gün AKP-nin qrup toplantısında deyib.

R. T. Ərdoğan bildirib ki, Türkiyənin Rusiya və İranla üst-üstə düşən və düşməyən maraqları var: "Türkiyənin terror təşkilatları ilə mübarizəsini, S-400 almasını tənqid edənlər özlərinə baxsınlar. Bu gün Yunanıstanın S-300-ləri var, Rusiyadan alıb, buna səs çıxarmırlar. Ancaq Türkiyənin Rusiyadan S-400 alması ilə bağlı ABŞ ölkəmizə sanksiya tətbiq edə biləcəyini bəyan edir. Bu, ənənəvi yanlış yanaşmadır və Türkiyə üçün keçərli deyil". Apa.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31