Gündəm

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi II oxunuşda qəbul olunub

6 Mart 2018 13:30

Milli Məclisin martın 6-da keçirilən plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, qanun layihəsində Ələt iqtisadi zonasının səlahiyyətli qurumunun səlahiyyətləri, bu qurumun maliyyə mənbələri, developerin (Azad Zona səlahiyyətli qurumu tərəfindən Azad Zonanın fəaliyyət və inkişaf məqsədləri üçün təsis olunan Azad Zona inzibati müəssisəsi) hüquq və vəzifələri, developerin maliyyələşdirilməsi yolları, Azad Zona hüquqi şəxslərinin fəaliyyəti, lisenziyalaşdırma və icazə qaydaları, Azad Zonada vergi tənzimlənməsi, gömrük işinin təşkili, sərhəd rejimi və sair məsələlərlə bağlı hüquq və vəzifələr öz əksini tapıb.

Deputatın pensiya təminatı ilə bağlı qanuna dəyişiklik edilib

6 Mart 2018 13:28

Milli Məclisin, Mərkəzi Seçki Komissiyası üzvlərinin və insan hüquqları üzrə müvəkkilin (Ombudsman) pensiya təminatında dəyişiklik parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Suriyada kimyəvi silah 54 can aldı

6 Mart 2018 13:27

Suriyanın paytaxtı Dəməşq və Şərqi Qutada Bəşər rejimi yenidən insanlara kimyəvi silahla hücum edib. Olaylar.az bildirir ki, Suriya Mülki Müdafiə Müdafiə Nazirliyinə hücum zamanı  30 nəfər zəhərlənib, 54 nəfər həlak olub. Məlumata əsasən, rejim ötən gecə Hamuriye vilayətində insanlara xlor qazı ilə hücum edib.

Dövlət qulluqçularına ömürlük müavinətin təyin olunması şərtlərində dəyişiklik edilib

6 Mart 2018 13:27

Milli Məclisin iclasında "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib.”Olaylar” xəbər verir ki, qanunun 7.0.1-ci maddəsində "dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)" sözlərinin "dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)" sözləri ilə əvəzlənməsi təklif olunur.Bununla da, "Dövlət qulluğu haqqında" qanuna əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda dövlət qulluqçularına ömürlük müavinət təyin edilir.

Milli Məclis 13 məsələni bir paketdə qəbul edib

6 Mart 2018 13:25

Milli Məclisin martın 6-da keçirilən plenar iclasında 13 məsələ bir paketdə müzakirə edilib. “Olaylar”ın xəbərinə görə, bunlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Dövlət qulluğu haqqında", "Yaşayış minimumu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik layihələridir.

Beynəlxalq Qadınlar günü qeyd edildi

6 Mart 2018 13:25

Martın 6-da Azərbaycan Dillər Universiteti  nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq Qadınlar günü münasibətilə “Azərbaycan və Çin: elm və təhsil sahəsində qadınların rolu” adlı elmi-tələbə seminarı keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov xanımları bayram münasibətilə təbrik edərək gender bərabərliyinin davamlı inkişafın təmin edilməsində vacib rolu olduğunu vurğulayıb, Azərbaycan təhsilinin, elminin və innovasiyalarının inkişafında qadınların fəal iştirakı barədə danışıb. R.Abbasov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanını xatırladıb və bu fərmanı qadınlara verilən böyük dəyər kimi qiymətləndirib.

Xalq artisti sənətdən getdi: "Kənddə yaşayıram"

6 Mart 2018 13:23

Tanınmış aktyor, xalq artisti Valeh Kərimov sənətdən getdiyini açıqlayıb. Aktyor bu barədə açıqlamasında bildirib. Xalq artistinin sözlərinə görə, hazırda rayonların birində yaşayır: "Mən artıq bu aləmdən ayrılmışam, təqaüddə olan adamam. Nə teatrda oynayıram, nə də filmə çəkilirəm. Rayonların birində yaşayıram. Təkliflər olsa, çətin ki qəbul edim". 

ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar və onun Ermənistanda doğurduğu narahatçılıq

6 Mart 2018 13:21

Suriyada uzun illərdir davam edən vəziyyət artıq daxili qarşıdurma və vətəndaş müharibəsi çərçivəsindən çıxaraq böyük dövlətlərin, super güclərin maraq savaşına çevrilib. Hazırda bu ölkədə cəbhənin bir tərəfində Birləşmiş Ştatlar, digər tərfində isə Rusiya Federasiyası və onun müttəfiqləri dayanır. Artıq proseslər elə bir mərhələyə qədəm qoyub ki, Birləşmiş Ştatlarla Rusiyanın Suriyada hər an müharibəyə başlayacağı ehtimalları artır. Bu arada okeanın o tayından Afrində Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşən PKK/PYD/YPĞ terrorçularına göstərilən dəstək  və silahlı təminat da Suriyada vəziyyəti daha da gərginləşdirib.

“Ellipsometrik ölçmələrdən yarımkeçiricinin kritik nöqtələrinin tapılması praktikası” monoqrafiyası işıq üzü görüb

6 Mart 2018 13:18

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyevin “Ellipsometrik ölçmələrdən yarımkeçiricinin kritik nöqtələrinin tapılması praktikası” monoqrafiyası nəşr olunub.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən yeni müsabiqə

6 Mart 2018 13:16

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə  cari il yanvar ayının 10-da Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar Mədəniyyət Mərkəzinin cari il üçün iş planının 1-ci bəndi bu istiqamətdə çoxsaylı tədbirlər nəzərdə tutulub.  

“Çağrı mərkəzləri” 16 423 müraciəti cavablandırıb

6 Mart 2018 13:14

Fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə 16 423 müraciət daxil olub.

"Xarici qoşunların köməyi olmadan ölkəmiz tam gücsüz olacaq" - Erməni jurnalist

6 Mart 2018 13:09

"20 ildən sonra Ermənistan xarici qoşunların köməyi olmadan öz hərbi və insan resursları ilə özünü müdafiə etməkdə tam gücsüz olacaq". Bunu erməni jurnalist Armen Harutyunyan bildirib. Məqalədə erməni jurnalist, Rusiya və Almaniya ölkələrinin müdafiəsi və hazırkı qlobal silahlanma fonunda Ermənistanın gələcək taleyini təqdim eidr. O, Rusiya və Almaniyanın eyni həcmdə hərbi büdcəyə malik olduqlarını bildirir.

Xəzərdə zəlzələ

6 Mart 2018 13:04

Xəzər dənizində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirir ki, zəlzələ yerli vaxtla saat 12:16-da Xəzər dənizində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Peterburqda məktəblər yenə "tətilə çıxdı" - Qripə görə

6 Mart 2018 13:03

Rusiyanın Sankt-Peterburq şəhərində qrip və digər kəskin respirator xəstəliklərin geniş yayılması ilə əlaqədar 9 məktəbin 20 sinfində dərslər dayandırılıb. Məlumata görə, ölkənin səhiyyə idarəsi dərslərin 7 gün müddətinə dayandırılması barədə məlumat yayıb. Bununla belə Sankt-Peterburq şəhər rəhbərliyi hazırda yoluxmaların epidemik səviyyədə olmadığını bəyan edib.

Bağçalarda uşaqların müalicəsi pulsuz olacaq

6 Mart 2018 13:02

Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətləri ödənişsiz göstəriləcək. Məlumata görə, bu, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi qaydası”nda öz əksini tapıb.