Deputatın pensiya təminatı ilə bağlı qanuna dəyişiklik edilib
Milli Məclisin, Mərkəzi Seçki Komissiyası üzvlərinin və insan hüquqları üzrə müvəkkilin (Ombudsman) pensiya təminatında dəyişiklik parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
6 Mart 2018 13:28 SosialMilli Məclisin, Mərkəzi Seçki Komissiyası üzvlərinin və insan hüquqları üzrə müvəkkilin (Ombudsman) pensiya təminatında dəyişiklik parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. "Olaylar"ın məlumatına görə, layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
"Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında", "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanunlarda və Seçki Məcəlləsində dəyişikliklər layihəsinə əsasən deputatın, sabiq deputatın, Ombudsmanın, sabiq Ombudsmanın, onun ailə üzvlərinin, MSK üzvünün, sabiq üzvünün və ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" qanuna uyğun hesablanacaq. Layihələr səsə qoyularaq qəbul edilib.