Milli Məclis 13 məsələni bir paketdə qəbul edib

Milli Məclisin martın 6-da keçirilən plenar iclasında 13 məsələ bir paketdə müzakirə edilib. “Olaylar”ın xəbərinə görə, bunlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Dövlət qulluğu haqqında", "Yaşayış minimumu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik layihələridir.

Milli Məclisin martın 6-da keçirilən plenar iclasında 13 məsələ bir paketdə müzakirə edilib. "Olaylar"ın xəbərinə görə, bunlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Dövlət qulluğu haqqında", "Yaşayış minimumu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik layihələridir. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, dəyişiklik uyğunlaşdırma xarakterlidir.Dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31