ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar və onun Ermənistanda doğurduğu narahatçılıq
Suriyada uzun illərdir davam edən vəziyyət artıq daxili qarşıdurma və vətəndaş müharibəsi çərçivəsindən çıxaraq böyük dövlətlərin, super güclərin maraq savaşına çevrilib. Hazırda bu ölkədə cəbhənin bir tərəfində Birləşmiş Ştatlar, digər tərfində isə Rusiya Federasiyası və onun müttəfiqləri dayanır. Artıq proseslər elə bir mərhələyə qədəm qoyub ki, Birləşmiş Ştatlarla Rusiyanın Suriyada hər an müharibəyə başlayacağı ehtimalları artır. Bu arada okeanın o tayından Afrində Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşən PKK/PYD/YPĞ terrorçularına göstərilən dəstək və silahlı təminat da Suriyada vəziyyəti daha da gərginləşdirib.
6 Mart 2018 13:21 DünyaMübariz Əhmədoğlu: "Rusiyanın hərbi-siyasi kompleksinə qoyulmuş sanksiyalar Ermənistan üçün ciddi problemlər yarada bilər"
Suriyada uzun illərdir davam edən vəziyyət artıq daxili qarşıdurma və vətəndaş müharibəsi çərçivəsindən çıxaraq böyük dövlətlərin, super güclərin maraq savaşına çevrilib. Hazırda bu ölkədə cəbhənin bir tərəfində Birləşmiş Ştatlar, digər tərfində isə Rusiya Federasiyası və onun müttəfiqləri dayanır. Artıq proseslər elə bir mərhələyə qədəm qoyub ki, Birləşmiş Ştatlarla Rusiyanın Suriyada hər an müharibəyə başlayacağı ehtimalları artır. Bu arada okeanın o tayından Afrində Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşən PKK/PYD/YPĞ terrorçularına göstərilən dəstək və silahlı təminat da Suriyada vəziyyəti daha da gərginləşdirib. Bu səbəbdən Suriyada Rusiya Federasiyası ilə Birləşmiş Ştatların baş-başa gələcəyi təqdirdə Türkiyənin birincinin sırasında yer alacağı da proqnozlaşdırılır. Bütün halda cərəyan edən proseslər Suriyada Birləşmiş Ştatlar Rusiya qarşıdurmasının çox da uzaqda olmadığından xəbər verir. Elə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da bu qənaətdədir. Mübariz Əhmədoğlu ənənəvi aylıq mətbuat konfransında bildirib ki, Suriya ətrafında baş verənlər Rusiya Federasiyası və Birləşmiş Ştatlar arasında müharibə hazırlığının başlandığını deməyə əsas verir: "Rusiya Federasiyasının prezidenti Vladimir Putin bir neçə gün işə çıxmadı. Müxtəlif şayiələr yayılsa da ehtimal ki, o Suriyada ABŞ-a hərbi yolla cavab variantını hazırlayırmış. Suriyanın Şərqi Quta ərazisində Rusiyanın təşəbbüsü ilə hərbi əməliyyatlar başladı və Qərb mətbuatının yazdığına görə bu hərbi əməliyyatlar da uğursuzluğa düçar oldu. Az sonra Rusiya Suriyaya 4 ədəd beşinci nəsil Su-57 qırıcı hərbi təyyarə göndərdi. Birləşmiş Ştatlar dərhal BMT Təhlükəsizlik Şurasında Suriyanın əksər ərazisindən humanitar pauzaya dair qətnamə qəbul etdirdi. Məsələnin qoyuluşuna görə Rusiya bu qətnamənin əleyhinə çıxa bilmədi. Rusiyanın sərvaxt yaxalandığı aşkar hiss olunur. ABŞ prezidenti Donald Tramp Amerika xalqına müraciət edərək birliyə çağırdı. Belə müraciətlər adətən müharibə və ya güclü hərbi əməliyyatlar zamanı edilir". Mübariz Əhmədoğlu deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatları Suriyanın ərazi bütövlüyünü pozmaq və alternativ dövlət qurumları yaratmaqda ittiham etdi: "Suriya timsalında Sergey Lavrov "kvazidövlət" terminini dövriyyəyə buraxdı. Rsuiaynın BMT-dəki daimi nümayəndəsi V.Nebenzyanın fikrincə, ABŞ Suriyada şübhəli legitimliyi olan geosiyasi məsələlərlə məşğuldur və BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı yeni qətnaməsinin ABŞ tərəfindən sərbəst interpretasiyasına imkan verməyəcəyini bildirdi. Rusiya Müdafiə Nazirliyinin fikrincə, "Ceyş-əl-İslam" terrorçu qruplaşmasının döyüşçüləri öz fəaliyyətləri ilə sülh prosesini pozurlar və Suriya Ərəb Respublikasının qoşunlarını cavab atəşi açmağa məcbur edirlər. Sergey Lavrovun fikrincə, "Cəbhət ən-Nüsrə" Şərqi Qutanın ən böyük problemi qalmaqdadır. Görünür, bununla Rusiya ABŞ-la diskussiyanı daha əvvəlki mövzulara qaytarmaq istəyir". Mərkəz rəhbəri hesab edir ki, Suriya kontekstində digər mübarizə meydanı Suriya Milli Dialoq Konqresi və Astana danışıqlarıdır6 "ABŞ Milli Dialoq Konqresi və Astana danışıqlarının faydasız olduğunu rəsmən bildirdi. Lavrovun fikrincə, məhz Astana danışıqları Birləşmiş Ştatlara Suriyanı parçalamağa imkan vermir. ABŞ Rusiya və Suriyanı Şərqi Quta sakinlərinə hücum etməkdə ittiham etdi. Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders yazılı bəyanat yaydı". Mübariz Əhmədoğlunun sözlərinə görə, kürd mövzusu da ABŞ-la Rusiyanın arasında yenidən mübarizə parametrinə çevrildi. O, bildirib ki, Rusiyanın xariuci işlər naziri Sergey Lavrov kürd mövzusunu siyasi məqsədlər üçün istifadə etməməyə və kürd faktoru ilə spekulyasiya etməməyə çağırdı: "ABŞ Rusiyanı fövqəldövlət olmaq cəhdlərində ittiham etdi. Eks-prezident, kiçik Buşun fikrincə, Putin SSRİ-nin hegemonluğunu bərpa etmək istəyir. Onun fikrincə, Putin zəiflikləri müəyyən və ondan istifadə etməkdə əla taktikdir. ABŞ-ın BMT-dəki nümayəndəsi N.Heylinin fikrincə, Rusiya nə qədər ki, özünün indiki dəyərlərinə söykənir və özünü beynəlxalq arenada indiki kimi aparır, belə Rusiya ABŞ-ın dostu ola bilməz. Rusiya xarici işlər nazirinin müavini S.Ryabkovun fikrincə isə, Rusiya ilə ABŞ arasında münasibətləri qurmaq çox çətin olacaq. ABŞ hədsiz etibarsız tərəfdaş rolundadır. ABŞ-ı bu vəziyyətdən çıxarmaq çox mürəkkəb olacaq. Bu proses uzun müddət vaxt tələb edir. ABŞ Rusiyanın qeyri-strateji nüvə silahlarının artırmasından və kosmik gəmiləri sıradan çıxara bilən silahlar yaratmasından narahatdır. ABŞ Dövlət Departamentinin fikrincə, Rusiyanın hərbi-sənaye kompleksinə qoyulan sanksiyalar 3 milyard dollar itki yaradıb. Suriya, İraq, Sudan və Misiri Rusiyadan S-400 ZRK-lar almaqla bağlı müqavilələrindən imtina etməyə çağırdı. ABŞ-ın yeni nüvə doktrinasında Rusiya ən əsas təhlükələrdən biri kimi təqdim olunur. Rusiya XİN ABŞ-ın nüvə doktrinasını ikiüzlü və antiRusiya adlandırdı. Rusiyanın ABŞ-dakı səfiri A.Antonovun fikrincə, Birləşmiş Ştatlar Rusiyanın timsalında qorxunc bədheybət yaratmaqla özünün hərbi xərclərinin artmasını və nüvə potensialının güclənməsini əsaslandırmaq istəyir". SİTM rəhbəri deyib ki, Latın Amerikasında Rusiyanın mövqeyinin güclənməsi ABŞ-ı narahat edir: "ABŞ-ın Silahlı Qüvvələrinin Cənub Komandanlığının başçısı, admiral Kurt Tiddin fikrincə, Rusiya ABŞ-ın Latın Amerikasında strateji rəqibidir. Moskva bu regionda ABŞ-ın maraqlarını dağıtmaq istəyir. Rusiyanın kiber və kəşfiyyat imkanlarını nəzərə almaqla onun bu regionda artan rolu ABŞ-da narahatlıq yaradır". Mübariz Əhmədoğlu Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara da toxunub və qeyd edib ki, bu sanksiyalar işğalçı Ermənistanda da ciddi narahatçılıq yaradıb: "Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanda narahatlıq yaradıb. Bu narahatlıq 3 aspektdən diqqəti çəkir:. Birincisi, Rusiya Federasiyasında fəaliyyət göstərən "Taşir" kompaniyası Ermənistan ərazisində ABŞ şirkətləri ilə birlikdə reallaşdırdığı layihələrin taleyi sual işarəsi altındadır. Çünki bu qrupun başçısı S.Karapetyanın adı Rusiyanın sanksiya siyahısına daxil edilib. Ola bilər buna görə də "Taşir" qrupu ABŞ-ın xoşuna gəlmək üçün nümayişi Moskvada qadağan olunan "Stalinin ölümü" filmini Yerevanda nümayiş etdirir. İkincisi, Rusiyanın hərbi-siyasi kompleksinə qoyulmuş sanksiyalar Ermənistan üçün ciddi problemlər yarada bilər; Ermənistan yalnız Rusiyadan ucuz və kredit vasitəsilə silah ala bilər. Dünyanın başqa dövlətindən silah almağa Ermənistanın pulu yoxdur. Əgər Ermənistan Rusiyadan silah alacaqsa bu onu ABŞ-ın qəzəbi ilə rastlaşdıra bilər. Nəhayət üçüncüsü, Ermənistanın Rusiya ilə hərbi əlaqələrinin digər bağlı sahəsi də görünür, Birləşmiş Ştatların diqqət dairəsinə daxil olub. Söhbət Ermənistandakı Rusiyanın hərbi bazasının Ermənistanın dövlət büdcəsi tərəfindən maliyyələşdirilməsidir. Bu ABŞ tərəfdən baxdıqda çox geniş spektrli və geniş şaxəli məsələdir. Söhbət 50-60 milyon dolların Rusiyaya verilməsindən getmir. Məsələnin mahiyyəti qat-qat böyükdür. Rusiyanın hərbi bazasının Ermənistanda mövcud olma şərtləri dəyişməyincə, Ermənistan Türkiyəyə və Dağlıq Qarabağ məsələsinə mövqeyini dəyişməyəcəkdir. Ermənistan Türkiyə və Azərbaycan təhlükəsi adı ilə öz büdcəsinin hesabına Rusiyanın hərbi bazasını saxlayır. Ehtimal ki, ABŞ səfirinin parlamentdə və eləcə də hökumət üzvləri ilə keçirdiyi qapalı dinləmələrin əsas mövzusu budur". Politoloq deyib ki. erməni mənşəli rusiyalı milyarder, "Ameriabank"ın sahibi R.Vardanyanın bütün şirkətləri Rusiyanın dövlət sifarişi alan təşkilatlarının sırasından çıxarıldı. Bu Kremlin R.Vardanyana siyasi mesajı kimi başa düşülə bilər: "R.Vardanyan bu yaxınlarda həbsxanada ölmüş Qarabağ mənşəli, mesenat "İzvestiya" holdinqinin sahibi L.Ayrapetyanın yolunu gedir. Ermənistan Rusiya pulunun ABŞ-a yönləndirilməsi kanalına çevrilib. 2017-ci ildə bu kanalla 196 milyon dollar Rusiya pulu Birləşmiş Ştatlara köçürülüb".
Məhəmməd