Şərəf və ləyaqəti necə qorumalı?

Həyalı insan zalım olmaz. Ləyaqətli insan o adam deyil ki qüsurları yoxdur, ləyaqətli insan o adamdır ki, ləyaqəti var. İnsanlar özləri ilə elə məşğuldurlar ki, ətrafdakılara diqqətlə nəzər yetirb, onları ədalətlə qiymətləndirməyə macal tapmırlar. Elə buna görə də ədalətli və təmkinli adamlar çox vaxt kölgədə qalır.

Bunlar mənəvi, əxlaqi dəyərlər olduğuna görə dövlət tərəfındən müdafiə olunur

Həyalı insan zalım olmaz. Ləyaqətli insan o adam deyil ki qüsurları yoxdur, ləyaqətli insan o adamdır ki, ləyaqəti var. İnsanlar özləri ilə elə məşğuldurlar ki, ətrafdakılara diqqətlə nəzər yetirb, onları ədalətlə qiymətləndirməyə macal tapmırlar. Elə buna görə də ədalətli və təmkinli adamlar çox vaxt kölgədə qalır. Həqiqi insan ləyaqətinin bir üstünlüyü də ondadır ki, hətta paxıl adamlar da onu tərifləməyə məcburdur. Başqalarında görüb qiymətləndirdiyimiz məziyyətlər bizə də məxsusdur, çünki insan yalnız özünün sahib olduğu keyfiyyətləri sezə bilər. Həya insanın ruhunun əsasıdır. İnsanı insan olaraq mühafizə edən də budur. Günahlar artıqca həya azalır. İnsan özü-özündən həya edə bilsəydi, təkcə gizli qalmış yox, hətta hər kəsin içində açıq şəkildə törədilmiş nə qədər cinaəyət baş verməmiş olardı.
Vəkil Rövşən Qasımov bildirib ki, vətəndaş cəmiyyətində şəxsin şərəf və ləyaqətinin müdafiəsi ön plana çıxan məsələlərdəndir. Şərəf və ləyaqətin müdafiəsi sadəcə dövlətin insanların şəxsi həyatına müdaxiləsini qadağan etmir. Eyni zamanda, insanların bir-birinin şəxsi məsələlərinə müdaxiləsini, ona qarşı şər-böhtanı, təhqiri qəbul etmir. Bu prinsiplər insanların təbii hüquqları kimi tanınır. İnsanın şərəfi və ləyaqəti hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda, "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında" Avropa Konvensiyasında təsbit edilən şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz Azərbaycanda da insanların şərəf və ləyaqətinin qorunması prinsipinə hörmətlə yanaşılır və bu məsələ bütün qanunvericilik sistemində gözlənilir. Konstitusiyaya əsasən, hər kəsin şərəf və ləyaqətinin müdafiəsi hüququ var. Əsas qanunda bildirilir ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyada o da bildirilir ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.
Onun sözlərinə görə, insanın şərəfi və ləyaqəti bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafiə olunur. Konstitusiya fıkir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları onlara verilən hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. Təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətlər üzrə cinayət işlərinin ümumiləşdirilməsinin nəticələrinə görə, məhkəmələr bir qayda olaraq belə işlərə baxarkən qanunvericiliyin tələblərinə əməl edərək həmin işlər üzrə qanuni, ədalətli və obyektiv qərarlar qəbul edirlər. Bununla belə, ümumiləşdirmə nəticəsində bəzi hallarda məhkəmələr tərəfındən bu xarakterli işlərə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması, süründürməçilik hallarına yol verilməsi müəyyən edilir. Hər bir cəmiyyətin müəyyən olunmuş birgəyaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Bu qaydaları məcəllələşdirərək ümumməcburi davranış qaydalarına çevirən dövlət isə həmin normaların cəmiyyətə tətbiqi və onlara əməl edilməsinə nəzarəti həyata keçirir. Bu məcəllələşdirilmiş hüquq sahələrindən biri də mülki hüquq normalarıdır. Mülki hüquqa aid olan normalardan biri də şərəf və ləyaqətin qorunması ilə bağlıdır. Mülki Məcəllənin 23-cü maddəsi şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi məsələlərini tənzimləyir. Məcəllədə qeyd edilir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Bəzi hallarda məhkəmələr tərəfindən Mülki Məcəllənin bu maddəsi düzgün tövsüf olunmur. Bu isə neqativ halların yaranmasına səbəb olur. Belə ki, qəzet və jurnallarda əsasən vəzifəli şəxslər barəsində çap olunmuş məlumatların həqiqətə nə dərəcədə uyğun olub-olmamasından asılı olmayaraq yüksək məbləğli mənəvi pul tələbləri məhkəmələr tərəfindən təmin olunur. Bu isə söz və fikir azadlığının məhdudlaşdırılmasına şərait yaradır. Digər tərəfdən baxdıqda Mülki Məcəllənin bu maddəsi fikrə və sözə görə cəzalandırma vasitəsinə çevrilir. Bu halları aradan qaldırmaq üçün Mülki Məcəllədə bir sıra əlavə və dəyişikliklərə ehtiyac var. İlk növbədə maddi zərərin məbləği məsələsində olan boşluq, ikinci növbədə isə mənəvi zərərlə bağlı iddia qaldıra biləcək şəxslərin dairəsinin müəyyən olunması vacibdir. Şərəf və ləyaqəti alçaldan məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. İşində və fəaliyyətində yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilən rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitələrində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi qaydasında baxıla bilər. Qeyd edək ki, şərəf və ləyaqət haqqında məsələ, hər şeydən əvvəl, insan hüquqlar, onların real təminatı haqqında məsələdir. Hər kəsin şərəf və ləyaqəti bir-biri ilə sıx bağlı olan mənəvi, əxlaqi, sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəf və ləyaqəti konstitusiya və digər qanunvericilik aktları ilə qorunur. İnsanlar öz aralarında ictimai münasibətlərə, yəni mürəkkəb və çoxtərəfli münasibətlərə girdikləri üçün şərəf və ləyaqət real olaraq mövcud olur. Şərəf və ləyaqət hüququ, vətəndaş və ya hüquqi şəxsin mənəvi, işgüzar və digər cəhət və xassələrinin özünüqiymətləndirməsi hüququdur ki, cəmiyyətdə bu şəxslərin mövqeyi onlardan asılıdır. İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin giriş hissəsində qeyd olunur ki, ləyaqət hissi yer üzündə bütün insanlara xasdır. Ancaq insanın azadlığı, yer üzündə ədalət və sülhün bərqərar olması vətəndaşların ləyaqət hissinin inkişafını və qorunmasını mümkün edir. Şərəf və ləyaqət anlayışları bir-birinə yaxın olan əxlaqi kateqoriyalardır. Onlar arasındakı fərqlər bu anlayışların qiymətləndirilməsi zamanı yalnız subyektiv və obyektiv yanaşmada təzahür olunur. Hüquq ədəbiyyatlarında, eləcə də gündəlik həyatda şərəf, ləyaqət və işgüzar nüfuz anlayışları bir qayda olaraq, mənaca ciddi fərqləndirilmədən birgə işlədilir. Onlar məzmun etibarilə çox yaxın və əhəmiyyətli olsalar da, bir-birindən seçilir və bu fərq şərəf, ləyaqət və nüfuzun müdafiəsi məqsədilə hüquqi vasitələr seçmək üçün praktik əhəmiyyət kəsb edir. Cinayət qanunvericiliyində cinayətin bilavasitə obyektini başqa şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzu təşkil edir. Şərəf-cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Şərəf-cəmiyyətin üzvü kimi vətəndaşın sosial ölçüləri, əxlaqi keyfiyyətləri haqqında ona verilən ictimai qiymətdir. Dövlətə, cəmiyyətə, kollektivə və başqa şəxslərə münasibəti, davranışı və s. şəxsiyyətin qiymətini müəyyənləşdiri. Şərəf-cəmiyyətin vətəndaşa münasibətini müəyyən edən şəxsiyyətin obyektiv qiymətləndirilməsi, şəxsiyyətin mənəvi və digər keyfiyyətlərinin sosial qiymətləndirilməsidir. Göründüyü kimi, şərəf anlayışı şəxsin cəmiyyət tərəfindən onun mənəvi keyfiyyətləri nöqteyi-nəzərindən qiymətləndirilməsi ilə əlaqəlidir. Hüquq ədəbiyyatında şərəf anlayışına müxtəlif təriflər verilib. Şərəf-ictimai şüurda şəxsin cəmiyyət tərəfindən müsbət qiymətləndirilməsi ilə müşayiət olunan keyfiyyətlərinin əks olunmasıdır. Şərəf cəmiyyətin vətəndaşa münasibətini müəyyən edən şəxsiyyətin obyektiv, mənəvi və digər keyfiyyətlərinin sosial qiymətləndirilməsidir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31